Əli Mirəliyev: Efirdə gözəl qız görən kimi deyir gətirin bağ evimə | 1news.az | Xəbərlər
Mədəniyyət

Əli Mirəliyev: Efirdə gözəl qız görən kimi deyir gətirin bağ evimə

11:35 - 21 / 09 / 2018
Əli Mirəliyev: Efirdə gözəl qız görən kimi deyir gətirin bağ evimə

Bizim vaxtda da belə idi. Ərdə olan, olmayan bir çox xanım müğənninin ətrafında mağaza sahibləri, fabrik müdirləri var idi. İndi də hansı müğənniyə baxırsan onu ya biznesmen saxlayır, ya məmur, ya da deputat.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri azxeber.com-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

Müğənni qeyd edib ki, gənc xanım müğənnilər efirə özlərinə müştəri tapmaq üçün çıxır:

“Deyirlər ki, nəyə görə məmurlar müğənnilərə tamah salır? Kimə salsınlar, mənə? Mən onların nəyinə lazımam, sənət onların nəyinə lazımdır? Onlara siz də bilirsiniz ki, nə lazımdır. Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar, açıq-saçıq şeylərdən danışırlar. Onlar bunu kimin üçün edirlər? Ancaq məmur, biznesmen və deputatlar üçün.

Özlərini açıb, pullu kişilərə göstərirlər. Bir də görürsən cavan qız çıxır efirə, heç oxuya bilmir. Amma görünüşü qəşəngdir. Pullu kişilər, məmurlar deyir o müğənninin, o qızın nömrəsini tapın gətirin bağ evimə. İki aydan sonra həmin qızın bahalı maşını olur. Mən 50 ildir oxuyuram heç maşınım yoxdur. Bizdə bu dəqiqə belədir, bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür”.

Əli Mirəliyev efirləri də tənqid edib:

"Bəziləri kişi şalvarı geyinib efirə çıxıb, veriliş aparır. Bunları efirə buraxmasınlar. Niyə bizim gənclərimizi məhv edirlər, niyə mənim övladlarım elə şeylərə baxmalıdır? Efirdə işləyən adamları işdən uzaqlaşdırmaq lazımdır. Telekanal rəhbərləri 3-cü cins müğənniləri efirə buraxmamalıdırlar. Özüm hər efirə getmirəm. Artıq efirlərdə musiqi yoxdur. Ancaq qalmaqal, dava, şou xatirinə olan verilişlərdir. Efirlərdə hansısa bədbəxti çağırıb, danlayırlar. Əgər "duxları" çatırsa, getsinlər deputatlarla saunada yatan müğənniləri çəkib göstərsinlər”.

Əli Mirəliyev: Arvadım hər gün içir – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
4826

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər