“Elektra hall”da tam yeni BMW X5 avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elektra hall”da tam yeni BMW X5 avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO

14:20 - 15 / 11 / 2018
“Elektra hall”da tam yeni BMW X5 avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO

Noyabrın 14-də BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Improtex Motors” şirkəti “Elektra Hall”da yeni nəsil X5 krossoverinin təqdimatını keçirtdi.

Flaqman krossover yeni platforma, tam yenilənmiş mühərrik qamması, çoxlu sayda orijinal texniki və rahatlıq innovasiyasına malik olubdur.

Yeni krossoverin ən maraqlı elementlərindən biri onun 12,3-düymlük virtual cihazlar panelidir. Virtual cihazlar panelinin əsas hissəsi naviqasiya sisteminin xəritəsinə verilib. Spidometr və taxometr isə panelin kənarlarında yerləşdirilən zolaqlardan ibarətdir. Üstəlik, taxometrin xəttlənməsi saat istiqamətinin əksinədir. Lakin, dəyişikliklər bununla bitmir – yeni iDrive 7.0 mediasisteminin 12,3 düymlük ekranı cihazlar paneli ilə birləşdirilib.

Bundan başqa, havalandırma sisteminin deflektorlarının forması dəyişdirilmiş, klimat-kontrol sisteminin miniatür ekranları isə mərkəzi deflektorların ortasında yerləşdirilib. Sükan çarxı yeni mərkəzi hissəyə sahib olub, xarici işıqlandırmanın aktivləşdirilməsi isə düymələr bloku şəklində tərtib edilib. Qapı dəstəklərinin və şüşəqaldırıcıların düymələri də yerlərini dəyişiblər. Mərkəzi konsoldakı düymələr və selektor blokuna yenidən baxılıb, mühərriki işə salma düyməsi də orada yerləşdirilib.

Krossoverin yeni nəsli sələfinə nisbətən xeyli böyüyüb: onun uzunluğu 4.5m, eni isə 7sm artıb. Hündürlük isə 2 sm azalıb. Beləliklə, yeni X5 modelinin uzunluğu 4922 millimetr, eni – 2004 millimetr, hündürlüyü isə 1745 millimetr təşkil edir.

Tamamilə yeni platforma (CLAR modul platformasının yeni variantı) üzərində inşa edilən krossoverin təkər bazasının uzunluğu 2933 millimetrdən 2975 millimetrə qədər artıb. Yeni X5 modeli öndə ikiqollu, arxada isə çoxqollu asqıya, həmçinin, ilk dəfə opsional olaraq quraşdırılan tam pnevmatik asqıya sahib olub. Əvvəlki X5 modelində pnevmatik asqı yalnız arxada quraşdırılırdı. Üstəlik, avtomobil tam idarələnən şassiyə və aktiv arxa stabilizatora sahib olub. Ənənəvi M Sport idman dəsti ilə yanaşı, krossover üçün yolsuzluq dəsti də təklif ediləcək. Bu dəstə altlığın müdafiəsi, arxa differensialın qapadılması və idarəetmə elektronikasının bir neçə spesifik rejimi daxildir.

Təchizata gəldikdə isə, əlavə ödənişlə dairəvi müşahidə sistemini lazer-lyüminifor uzaq işıqlarını sifariş etmək mümkündür. Bu fənərlər standart işıq diodlardan hazırlanmış fənərlərdən 200 metr uzağı işıqlandırır – yəni, məsafə yarım kilometr təşkil edir. Əlbəttə ki, krossover üçün onu zolaqda saxlayacaq və öndəki avtomobillə ara məsafəsini gözləyəcək kvaziavtopilot sistemi də nəzərdə tutlubdur. Radiator barmaqlıqları aktiv jalüzilərə sahib olub. Təkər disklərinin seçimi  isə 18-22 düym arasında olacaqdır.                                                                              

Avtomobildə işlənmiş materialların seçimi yüngülləşdirilmiş konstruksiyalar və vəsaitlərdən effektiv istifadə konsepsiyası əsasında təyin edilib. Yeni nəsil BMW X5 modelini Spartanburq şəhərindəki zavodda istehsal olunur.

Xüsusi ilə qeyd ediləsi hal odur ki, BMW Azərbaycanda 4 il və ya 200.000 km tam zavod zəmanəti verən yeganə avtomobil brendidir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “Alpina” və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.

Reklam hüququnda

 

 

Paylaş:
1644

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər