Dünyanın ən sürətli zirehli avtomobili - FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən sürətli zirehli avtomobili - FOTO

16:28 - 19 / 07 / 2019
Dünyanın ən sürətli zirehli avtomobili - FOTO

Avtomobillərin zirehlə təchiz edilməsi üzrə ixtisaslaşmış AddArmor şirkəti və APR tüninq atelyesi dünyanın ən sürətli zirehli avtomobilini təqdim ediblər.

1news.az autograph.az-a istinadən bildirir ki, zirehli avtomobil Audi RS7 modelinin bazasında yaradılıb. Liftbekin kuzovu polikarbonat kompozitindən hazırlanmış zirehlə müdafiə olunub. Bu zireh ballistik polad analoqundan 10 dəfə möhkəm və eyni zamanda 60% yüngüldür. Güllə keçirməyən şüşələr də nəzərə alınmaqla, B4 müdafiəli avtomobilin çəkisi cəmi 91 kq artıb. Daha ciddi B7 müdafiə səviyyəsi avtomobili bir qədər ağır edəcəkdir.

Bundan başqa, Audi RS7 Sportback modelini qözqamaşdıran fənərlər, gözyaşardıcı qaz çiləyicisi və taran üçün bamper də daxil olmaqla başqa avadanlıqla da təchiz etmək olar.

Tam təchizatlı avtomobilin dinamik xüsusiyyətlərinin saxlanması üçün APR atelyesinin mütəxəssisləri 4,0-litrlik V8 biturbo mühərrikinin gücünü 760 at qüvvəsinə, fırlanma anını isə 1085 Nm qədər artırıblar. Nəticədə, zirehli Audi RS7 Sportback 100 km/saat həddini 2,9 saniyəyə toplayır və 325 km/saat maksimal sürət həddinə malikdir.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər