Dünya çempionatının püşkü atıldı: Azərbaycan nəhənglərlə eyni qrupda | 1news.az | Xəbərlər
İdman

Dünya çempionatının püşkü atıldı: Azərbaycan nəhənglərlə eyni qrupda

16:22 - 07 / 12 / 2017
Dünya çempionatının püşkü atıldı: Azərbaycan nəhənglərlə eyni qrupda

Qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, 2018-ci ildə Yaponiyanın 6 şəhərində keçiriləcək mundialda 24 komanda 4 qrupa bölünüb.

Azərbaycan yığması 4-cü cəhdində C qrupunda mübarizə aparacaq. Püşk Faiq Qarayevin yetirmələrinə dünya nəhəngləri ABŞ, Rusiya, eləcə də, Cənubi Koreya, Tailand və Trinidad və Tobaqonu rəqib edib.

Qaydalara əsasən, qrupda ilk “dördlük”də yer alacaq yığmalar çıxışlarını davam etdirəcəklər. II mərhələdə A və D, C və B qruplarından çıxacaq komandalar 2 “səkkizlik” formalaşdıracaq. Burada isə hər qrupdan 3 yığma daha bir mərhələ adlayacaq. Onlar da öz aralarında yarımfinalçıları müəyyənləşdirəcəklər.

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

C qrupu: ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Azərbaycan, Trinidad və Tobaqo

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

Qeyd edək ki, 29 sentyabr – 20 oktyabrda keçiriləcək dünya çempionatının qarşılaşmaları Yokohama, Sapporo, Kobe, Hamamatsu, Naqoya və Osakada oynanılacaq. Mundialda 4 oktyabradək davam edəcək A qrupundakı 6 millinin görüşləri “Yokohama Arena”da (tutumu - 12000) olacaq. B qrupundakı oyunlar Sapporoda “Hokkaydo Prefekturalasının İdman Mərkəzi”ndə (8000), C qrupunun matçları Kobedə “Qrin Arena”da (6000) və D qrupunun qarşılaşmaları Hamamatsunun eyniadlı arenasında (8000) təşkil olunacaq.

Hərəsində 8 komandanın yer alacağı və 2 qrupda mübarizə aparacağı II mərhələnin oyunları oktyabrın 7-11-də Naqoya və Osakada keçiriləcək. III mərhələyə də Naqoya ev sahibliyi edəcək. Burda oktyabrın 14-16-da hərəsində 3 yığma olmaqla 2 qrupun görüşləri baş tutacaq. Naqoyada bütün oyunlar “Nippon Qaişi” salonunda (10000), Osakadakı matçlar şəhər mərkəzindəki idman arenasında (82000) olacaq.

Oktyabrın 19-20-də isə həlledici oyunları Yokohama şəhəri qəbul edəcək. “Yokohama Arena”da yarımfinallar, final, üçüncü və beşinci yerlər uğrunda qarşılaşmalar baş tutacaq.

1news.az

Paylaş:
597

Son xəbərlər

İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:54
Bütün xəbərlər