Dünya çempionatında rus qızların seks qalmaqalları – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Dünya çempionatında rus qızların seks qalmaqalları – FOTO – VİDEO

14:11 - 29 / 06 / 2018
Dünya çempionatında rus qızların seks qalmaqalları – FOTO – VİDEO

Rusiyada futbol üzrə Dünya çempionatı davam edir.

DÇ bütün dünyanın marağına səbəb olsa da, Rusiyanın gündəmində ikinci bir hadisə də var. Bu, futbol meydanından kənarda baş verənlərdir. Belə ki, Rusiyaya gələn turistlərlə cinsi əlaqəyə girmək üçün can atan, küçələrdə içkili halda intim görüntülər yaradan qızlar narazılığa səbəb olub.

Mühafizəkar düşüncəyə malik vətəndaşlar həmin qızları “fahişə” adlandırıb, hətta mediada bu barədə yazılar dərc edilib.

Bəzi qızlar bu hərəkətlərə bu sözlərlə etiraz ediblər: “Yayılan videolarda edilən hərəkətlər rus xalqına, xanımlarına təhqirdir. Turistlər bizə fahişə gözü ilə baxır, onların bol olduğu yerdən rahat keçə bilmirik. Kimsə qəfil səni qucaqlayır, öpür”. 

Amma baş verənlərin normal hadisə olduğunu deyənlərin sayı da az deyil.

Rusiyanın məşhur “Moskovskiy Komsomolets” nəşri isə “Fahişələrin zamanı” adlı qalmaqallı məqalə ilə çıxış edib. Platon Besedinin müəllifi olduğu məqalədə rus qızların özlərini biabırçı aparmaları tənqid olunmaqla yanaşı, bu cür hərəkətlərlə həm ölkəni, həm də rus qadınlarını təhqir etdikləri qeyd olunur:

“Yerli qızlar xaricilərin səfərini həyatlarını dəyişmək üçün bir şans kimi qəbul edirlər. Dünya çempionatını qəbul edən bütün şəhərlərdə analoji hadisələr yaşanır. Bir çox rus qızları əcnəbilərin qarşısında özlərini əsl fahişə kimi aparırlar”.

Birmənalı qarşılanmayan məqaləyə yüzlərlə cavab məqalələri, şərhlər yazılıb.

Məsələ burasındadır ki, dünya çempionatına baxmaq üçün Rusiyaya gələn əcnəbi qonaqlar həm oyunlardan əvvəl, həm də sonra çox aktiv həyat tərzi sürürlər. Onların bir çoxu isə rus qızları ilə əylənməyə üstünlük verirlər. Hətta onlarla çəkdikləri şəkilləri sosial şəbəkələrdə belə paylaşırlar. Bu baxımdan rus qızları da onlardan geri qalmırlar.

Hətta bəzi hallarda rus qızların hərəkətləri bütün əxlaq normalarını belə kənarda qoyur. Onlar əcnəbi turistlərlə çəkdirdikləri açıq saçıq fotolarını, intim videolarını paylaşmaqdan belə çəkinmirlər.

Qadınların hərəkətləri rus kişilərin də hiddətinə səbəb olub. Yekaterinburq şəhər dumasının deputatı Yevgeni Borovik “FederalPress”-ə müsahibəsində qadınlara müraciət edərək onları əxlaq normalarına riayət etməyə çağırıb:

“Qızlar, unutmayın ki, dünya çempionatı başa çatacaq, xaricilər gedəcək... sizsiz. Siz onlara yalnız qısa müddət üçün lazımsınız. Siz isə burda qalacaqsınız. Bizimlə, rus kişiləri ilə. Növbəti dünya çempionatına qədər...”.

1news.az

Paylaş:
12599

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər