Dövlət Komitəsi və beynəlxalq təşkilatlar Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün kampaniyaya start verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi və beynəlxalq təşkilatlar Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün kampaniyaya start verir

12:25 - 25 / 11 / 2017
Dövlət Komitəsi və beynəlxalq təşkilatlar Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün kampaniyaya start verir

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə, Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatı və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınlara qarşı zorakılığın qarşısının alınması üçün beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində bir araya gələcəklər.

25 noyabr Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə kimi davam edəcək kampaniyanın qlobal məqsədi bütün dünyadakı dövlət və qeyri-dövlət qurumlarını, əhalinin və ayrı-ayrı fərdləri bütün mümkün vasitələrlə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına son qoyulması üçün tədbirlər görməyə çağırmaqdır. Bu il kampaniyanın şüarı “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!”-dur.

Azərbaycanda 2008-ci ildən BMT-nin ölkə ofisi və Hökumət tərəfdaşları ilə əməkdaşlıqda keçirilən "16 Günlük fəallıq" kampaniyası icmalarda və yerli səviyyədə qadınlara və gənc qızlara qarşı zorakılıq məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi və səfərbər edilməsi üzrə əsas tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu məqsədlə, təşkilatçılar ölkə daxilində ASAN mərkəzlərdə bukletlərin paylanması, velosiped yürüşü vasitəsilə maarifləndirmə, habelə ictimai həyatın müxtəlif sahələrində gender bərabərliyi mövzusunda ictimai çıxışlar vasitəsilə cəmiyyətin məlumatlandırılmasına dair tədbirlər keçirəcəkdir. Təşkilatçılar şəhərin müxtəlif məkanlarında posterlər vasitəsilə gender-əsaslı zorakılıqa bəhanə qazandıran stereotiplərin yanlışlıqı barəsində məlumatlar alacaqlar.

25 noyabrda, Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə, Azneft meydanı – Heydər Əliyev Mərkəzi marşrutu üzrə velosiped turu təşkil ediləcəkdir. Bundan əlavə, kampaniya iştirakçılarıının 30 noyabr tarixində ictimai həyatda məhşur fikir formalaşdıran kişilər tərəfindən təqdim ediləcək gender əsaslı zorakılıq və gender bərabərliyi mövzusunda ictimai çıxışlara qulaq asmaq imkanı olacaq. Keçirilən bu tədbirlərlə yanaşı, təşkilatçılar həmçinin gender əsaslı zorakılığa qarşı mesajlarını bu fenomenin mənfi təsirləri haqqında 16 qısa video çarx vasitəsilə sosial media istifadəçilərinə çatdıracaq.

Gender əsaslı zorakılıq bir qadına və ya qıza, kişiyə və ya oğlana qarşı tətbiq olunan və fiziki, cinsi və ya psixoloji sağlamlığına, eləcə də şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərən ziyan və zərər kimi müəyyən edilir. Cinsi zorakılıq, fiziki və psixoloji zorakılıq, zərərli ənənələr və sosial-iqtisadi zorakılıq gender əsaslı zorakılığın formalarına daxildir. Zorakılığın səbəbi gender rollarında qeyri-bərabər səlahiyyətlərə və gender əsaslı ayrı-seçkiliyə əsaslanır.

Bu 16 gün qadınlara və qızlara qarşı zorakılığın qarşısınin alınması və aradan qaldırılması, eləcə də müvafiq fəaliyyətlər üçün səmərəli vasitələr və mexanizmlərin yaradılmasında dünya ictimaiyyətinin birliyini nümayiş etdirəcək.

Reklam hüququnda

Paylaş:
1673

Son xəbərlər

Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər