Dneprdə Azərbaycanla parkı və Mədəniyyət Mərkəzinin açılması müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Dneprdə Azərbaycanla parkı və Mədəniyyət Mərkəzinin açılması müzakirə edilib

17:50 - 21 / 03 / 2018
Dneprdə Azərbaycanla parkı və Mədəniyyət Mərkəzinin açılması müzakirə edilib

Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikri Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşü zamanı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Azər Xudiyev bildirib ki, Azərbaycan şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.

Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində fəal olduqlarını deyən Boris Filatov bildirib ki, Administrasiya rəhbərliyi Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür kömək göstərməyə hazırdır.

Dnepr şəhər meri, həmçinin ötən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən bərpasına Azərbaycan şirkətlərini dəvət edib.

“Bundan başqa, Dneprin mərkəzində Azərbaycan parkının açılmasına və orada ölkəmizin tanınmış simalarından birinin heykəlinin ucaldılmasına, Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına hər cür dəstək göstərə bilərik”, - deyə mer əlavə edib.

Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına kömək göstəriləcəyini qeyd edib.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər