Dəhşətli namus cinayəti: “Dedi ki, əgər o mesajları oxusam...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəhşətli namus cinayəti: “Dedi ki, əgər o mesajları oxusam...”

09:34 - 22 / 10 / 2018
Dəhşətli namus cinayəti: “Dedi ki, əgər o mesajları oxusam...”

Namus üstündə arvadını boğaraq qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. O, ifadəsində hadisənin bütün təfərrüatını danışıb.

1news.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1983-cü il təvəllüdlü Yusifov Anar Rufulla oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Salyan rayon sakini Anar Yusifov Buzovna qəsəbəsində arvadı Kifayət Yusifovanı boğaraq qətlə yetirib.

Hadisə bu il may ayının 25-də baş verib. Anar Yusifov arvadını boğaraq öldürdükdən sonra doğulduğu Salyan rayonuna apararaq orada qəbiristanlıqda basdırıb.

Qətlin üstü isə mərhum Kifayət Yusifovanı rəfiqəsinin polisə məlumat verməsi ilə açılıb. Belə ki, Buzovna qəsəbəsində kirayədə yaşayan qadın polisə zəng edərək rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini deyib. Qadın polisə söyləyib ki, Kifayətin əri Anara zəng etdikdə ona rəfiqəsini öldürdüyünü deyib.

Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Yusifov saxlanılıb. O, ilkin ifadəsində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbiristanlıqda dəfn etdiyini bildirib.

Meyit eksqumasiya edilib və ekspertizaya göndərilib. Anar Yusifova isə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Elan olunmuş ittihamla Anar Yusifov özünü tam olaraq təqsirli bilib.

Anar Yusifov sərbəst ifadəsində əvvəlcə qətlə yetirdiyi xanımı ilə münasibətlərindən danışıb. O deyib ki, iki uşağının anası olan xanımını çox sevib, aralarında söz-söhbət, dava-dalaş olmayıb.

“Mən ailəmi həmişə hər şeydən üstün tutmuşam. Ətrafımızda olan hamı da bilir ki, mən Kifayəti necə sevmişəm. Hamı bizim ailəmizin xoşbəxtliyindən danışırdı. Belə hadisələrin baş verəcəyini gözləməzdim. Heç indi də inanmıram”- deyən Anar Yusifov daha sonra qətllə bitən hadisənin səbəblərini danışmağa başlayıb.

O bildirib ki, hər şey xanımının telefonuna gələn mesajla başlayıb. Xanımın özünü şübhəli aparması xəyanəti üzə çıxarıb.

Anar Yusifov deyib ki, hadisədən bir müddət əvvəl həmişə olduğu kimi işdən sonra evə gəlib və ailəsi ilə vaxt keçirib: “Uşaqlar da yanımda idi. Televizora baxırdıq. Sonra Kifayət uşaqları yatırmaq üçün otağa getdi. Bu zaman telefonu mən olan otaqda qaldı. Təxminən gecə saat 1 olardı. Gördüm ki, Kifayətin telefonuna mesaj gəldi. Aparıb özünə verdim. Soruşdum ki, mesaj yazan kimdi? Bu zaman qorxdu, özünü şübhəli apardı. Tələb elədim ki, telefonu mənə versin. Telefonun kodunu istədim. Yalvarmağa başladı. Dedi ki, əgər o mesajları oxusam, mənim üzümə baxa bilməz. Yalvardı ki, onun yanında oxumayım. Mənə dedi ki, icazə ver, gedim özümü öldürüm. Mən telefonu götürüb yan otağa keçdim ki, mesajlara baxım, yazanın kim olduğunu öyrənim. Yan otağa keçəndə telefonun kodu açılmadı. Geri qayıdıb kodu soruşmaq istədim. Otağın qapısı içəridən bağlanmışdı. Nə qədər döysəm də açmadı. Şüşəni əlimlə qırıb qapını açdım. Baxdım ki, Kifayət pəncərədən düşüb qaçıb. Onun arxasınca dəniz tərəfə qaçdım. Özünə qəsd edəcəyini düşündüm. Heç yerdə tapa bilmədim deyə polisə məlumat verdim”.

Anar Yusifov qeyd edib ki, bir neçə gün sonra xanımın rəfiqəsi ilə birlikdə olduğunu öyrənib: “Zəng edib onu tapdım. Xahiş elədim ki, bu məsələ aramızda qalacaq. Amma geri qayıtsın. Şərt qoydum ki, başqa bir ev tutub ayrı yaşasın. Uşaqları da görməyə apararam. Bu məqsədlə onunla bir neçə dəfə danışdıq. Əvvəlcə mənimlə görüşməyə qorxurdu. Bir dəfə gəlib evdən paltarlarını da götürdü. Mən ona heç nə etmək istəmirdim. Rəfiqəsigildə qaldığını bilirdim. Dəfələrlə görüntülü də danışırdıq. Amma bir gün hər şey tamamilə başqa cür oldu. Zəng edəndə mənimlə görüntülü danışmasını, harda olduğunu deməsini istədim. Amma açmadı. Mübahisə edəndə isə mənə “yaxşı edirəm” dedi. Mən də bircə dəfə ona dedim ki, sənin yaşamağa haqqın yoxdur”.

İfadəsinin davamında Yusifov xanımının mesajlarını oxuduğunu da söyləyib. Qeyd edib ki, həmin mesajlarda onlar arasında intim münasibətlərin olduğunu da öyrənib.

Yusifov bildirib ki, bu mübahisədən sonra arvadının yanına gedərək onu öldürüb. Daha sonra isə cəsədi Salyanda apararaq orada basdırıb.

Məhkəmədə mərhum Kifayət Yusifovanı rəfiqəsi də ifadə verib. O deyib ki, Kifayət onun köməkçisi kimi gözəllik salonunda işləyib.

“Mən bu söhbəti bilmirdim. Anar çox yaxşı insan kimi tanıyırdım. Kifayətlə də münasibətimiz yaxşı idi. Kifayət bizə gələndə olanları danışdı. Ona dedim ki, axı xoşbəxt idin. Niyə belə etdin? Mən belə olacağını bilməzdim. Bir gün Anara zəng edib Kifayətdən xəbər tuta bilmədiyimi dedim. Dedi ki, Kifayət öldürmüşəm”- deyə şahid bildirib.

1news.az

Paylaş:
10825

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər