DÇ-2018: Xorvatiya ilk dəfə finalda | 1news.az | Xəbərlər
Futbol

DÇ-2018: Xorvatiya ilk dəfə finalda

10:39 - 12 / 07 / 2018
DÇ-2018: Xorvatiya ilk dəfə finalda

İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda qalib gələn Xorvatiya yığması tarixində ilk dəfə finalda oynamaq hüququ qazanıb.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşdə erkən qol qeydə alınıb. Matçın 5-ci dəqiqəsində Kieran Tripperin cərimə zərbəsindən birbaşa "doqquzluğa" göndərdiyi top ingilisləri hesabda irəli çıxarıb - 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissədə əlavə qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci hissəsinin ortalarından etibarən hesabı bərabərləşdirmək üçün təzyiqləri artıran Balkan təmsilçilərinin ardıcıl təhlükəli hücumları 68-ci dəqiqədə bəhrəsini verib. Şime Vrsalkonun sağ cinahdan ötürməsindən sonra rəqibin cərimə meydançasında müdafiəçilərdən əvvəl özünü topa yetirən İvan Perişiçin zərbəsi qapıçı üçün əlçatmaz olub - 1:1.

Bu qoldan daha da ruhlanan Xorvatiya yığması daha bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 72-ci dəqiqəsində Perişiçin dubl etməsi üçün əlverişli imkan yaransa da, onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Artırılan ikinci hissənin 4-cü (109-cu) dəqiqəsində Xorvatiya yığması hesabda irəli çıxıb. İvan Perişiçin başla ingilislərin cərimə meydançasına ötürdüyü topa iki müdafiəçinin arasından keçərək zərbə endirən Mario Mandzukiç komandasına finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 2:1. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, XXI dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edən Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib. Xorvatiyalılar buna qədər mundiallarda ən böyük uğuru 1998-ci ildə əldə ediblər. Həmin dünya çempionatında Balkan təmsilçiləri yarımfinalda Fransa yığmasına uduzaraq (1:2) üçüncü yer uğrunda mübarizə aparmalı olmuşdu. Üçüncü yer uğrunda görüşdə Hollandiyanı 3:2 hesabı ilə məğlub edən Xorvatiyalılar bürünc medallara layiq görülmüşdülər.

Mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, iyulun 14-də dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə və Belçika yığmaları qarşılaşacaqlar.

Çempionatın iyulun 15-də keçiriləcək həlledici oyununda - final görüşündə Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər.

1news.az

Paylaş:
956

Son xəbərlər

Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52
Bütün xəbərlər