Daşqın Şikarov: "Ərəb Əmirliklərində Azərbaycan istehsalı olan məhsulların satışı artıb" | 1news.az | Xəbərlər
Müsahibə

Daşqın Şikarov: "Ərəb Əmirliklərində Azərbaycan istehsalı olan məhsulların satışı artıb"

12:02 - 10 / 05 / 2017
Daşqın Şikarov: "Ərəb Əmirliklərində Azərbaycan istehsalı olan məhsulların satışı artıb"

Son illər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müşahidə olunur. Ölkəmizin BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov 1news.az-a eksklüziv müsahibəsində siyasi, iqtisadi, turizm və digər sahələrdə əlaqələrdən danışıb, Birləşmiş Əmirliklərin İslam Həmrəyliyi  Oyunlarında iştirakına toxunub.

-Cənab səfir, Azərbaycanla- BƏƏ arasında siyasi münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?

- Əvvəla, bu müsahibəyə göstərdiyiniz marağa görə sizə təşəkkürümü bildirir və davamlı uğurlar arzulayıram. İlk növbədə qeyd etməliyəm ki, 26 dekabr 1991-ci il tarixində Birləşmiş Ərəb Əmirlikləri İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb, 1 sentyabr 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Xüsusilə qeyd edilməlidir ki, ikitərəfli əlaqələrin hərtərəfli inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli əlaqələrdə dostluq, əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurduğu və bu günlərdə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasi xəttinin olduqca böyük töhfəsi var.

"BƏƏ Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini davamlı şəkildə dəstəkləyir"

1994-cü ilin dekabr ayında Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş o vaxtkı İslam Konfransı Təşkilatına üzv dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində Ulu öndər Heydər Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında baş tutmuş tarixi görüş ikitərəfli əlaqələrin uğurlu inkişaf istiqamətini müəyyənləşdirib. İki dahi şəxsiyyətin bu tarixi görüşündən sonra rəsmi səfər mübadilələri həyata keçirilməyə, ticari-iqtisadi əlaqələr üçün hüquq-müqavilə bazasının yaradılmasına, eləcə də Azərbaycan həqiqətlərinin yerli cəmiyyətdə geniş təbliğinə başlanılıb.

2006-cı ilin noyabr ayında Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanla keçirdiyi görüş isə ikitərəfli əlaqələri keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu uğurlu səfər əsnasında iki ölkə arasında iqtisadiyyat, investisiya, səhiyyə, ədliyyə, hərbi, ali təhsil və idman sahələrində 11 sənəd imzalanıb. Bu da öz növbəsində, gələcək əməkdaşlığın hüquqi cəhətdən daha da güclənməsi və genişlənməsi üçün əlverişli zəmin yaradıb.

2015-ci ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun ölkəmizə məhsuldar rəsmi səfəri baş tutub. Bunun ardınca isə Prezident İlham Əliyevin 2016-cı ilin 1-2 fevral tarixlərində uğurlu rəsmi səfəri həyata keçirilib. Bu iki səfərdən sonra ikitərəfli siyasi əlaqələr daha da güclənib.

Ötən ilin noyabr ayında xarici işlər naziri Elmar Məmmədyarovun Əbu-Dabiyə  səfəri gerçəkləşib. Cari ilin may ayının 21-də  isə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfər edəcək.

Bundan savayı, cari ilin 19-23 fevral tarixlərində paytaxt Əbu-Dabi şəhərində təşkil edilmiş “İDEX 2017” Beynəlxalq Müdafiə sərgisi və konfransında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı general-polkovnik cənab Elçin Quliyev və Müdafiə Sənayesi Nazirliyinin rəsmi şəxsləri rəsmi qonaqlar statusunda iştirak ediblər.

Şarca Əmirliyinin hakimi Şeyx doktor Sultan bin Məhəmməd Əl Qasiminin rəsmi dəvəti ilə cari ilin 22-23 mart tarixlərində Baş nazirinin müavini Əli Əhmədov “Hökumət rabitəsi üzrə beynəlxalq konfrans”da ali qonaq statusunda iştirak edib və hökumət rabitəsinin beynəlxalq problemlərin həllindəki rolu, eləcə də Azərbaycanın xüsusən də son 12 il ərzində əldə etdiyi siyasi, iqtisadi, ictimai, mədəni və sair uğurlardan geniş bəhs edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Bundan əlavə, cari ilin 28-29 mart tarixlərində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Birləşmiş Ərəb Əmirliklərinə səmərəli  səfərinin şahidi olmuşuq. Səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri öz həmkarı, eləcə də Dubay Baş Polis İdarəsinin rəisi ilə görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.

Onu da vurğulayım ki, Birləşmiş Ərəb Əmirlikləri istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini davamlı şəkildə dəstəkləyir.

-Son vaxtlar iki ölkənin iqtisadi sahədə əməkdaşlığının inkişafı müşahidə olunur. Bununla bağlı nə deyə bilərsiniz? Cari ilin ilk rübünün nəticələri necədir?

-Sualı doğru qoyursunuz ki, son vaxtlar iqtisadi sahədə əməkdaşlığın inkişafı müşahidə olunur. İlk növbədə, burada hər iki ölkə başçılarının siyasi  iradəsi, ardınca isə ölkə rəhbərliyinin təlimatlarına əsasən səfirliklərin əlaqələndirilmiş fəaliyyəti dayanır.

Birləşmiş Ərəb Əmirliklərinin hökumət üzvləri, rəsmi şəxsləri ilə mütəmadi görüşlər keçirir, iqtisadi, ticari, investisiya və digər sahələrdə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin vəziyyətini nəzərdən keçirir və fəaliyyətimizdə fayda verə biləcək mülahizələri səsləndiririk.

2008-ci ildə təsis edilən Azərbaycan Respublikası hökuməti və BƏƏ hökuməti arasında İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın cari ilin 19-20 aprel tarixlərində 6-cı iclası keçirilib. Komissiyanın iclası çərçivəsində Dubay Ticarət və Sənaye Palatasında ölkəmizin qıda sənayesində aparıcı şirkətlərinin rəhbərlərinin iştirakı ilə uğurlu biznes forum keçirilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay fındıq, qoz, eləcə də konservləşdirilmiş qida məhsullarımızın idxalı üzrə razılaşmalar əldə olunub.

26 fevral-2 mart tarixlərində Dubay şəhərində keçirilmiş dünyanın ən iri sərgilərindən olan “Gulf Food 2017” sərgisində Azərbaycan İqtisadiyyat nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendi nümayiş edilib. Stenddə sərgilənən məhsullarımız ziyarətçilərin, o cümlədən yerli və regional ölkələrin iş adamlarının böyük marağına səbəb olub.

Məlumat üçün bildirim ki, qarşılıqlı ticarət və investisiya əlaqələrinin qurulması işində 2012-ci ildən Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə ticarət nümayəndəliyinin rolu danılmazdır.

Digər tərəfdən, diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” Fərmanına uyğun olaraq, 2016-cı ilin 27-30 noyabr tarixlərində ölkəmizin ixrac missiyası Dubay şəhərində olub.

Səfəri əsnasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ölkəmizin şirkətlərinin nümayəndələrinin daxil olduğu ixrac missiyası “Carrefour”, “Lulu”,  “Spinneys”, “Union Co-op” kimi iri market şəbəkələrində olub. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, ixracın təşkili məsələlərini müzakirə ediblər. Sözügedən ixrac missiyasına müsabiqə əsasında seçilmiş, Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkət daxil olub.

"Ərəb Əmirlkilərinin daxili bazarında Azərbaycan məhsullarının bəzi növlərinə artıq rast gəlmək olar"

Qeyd edim ki, Ərəb Əmirlkilərinin daxili bazarında ölkəmizdə istehsal olunun məhsulların bəzi növlərinə artıq rast gəlmək olar. Bu təbii şirələr, təbii mineral sular, konservləşdirilmiş qida məhsulları, ət məhsulları və müxtəlif meyvələrdir.  

-BƏƏ-nin iş adamları ölkəmizdə hansı sahələrə investisiya qoymaqda maraqlıdırlar?

-Bildiyiniz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyevin investisiya sahəsində də uğurla davam etdirdiyi islahatlar siyasəti uzun müddətdir ki, öz bəhrələrini verməkdədir. Müasir şəraitə uyğunlaşdıran investisiya mühiti xarici sərmayəçilərin ölkəmizə olan diqqətini daha da artırıb.

Sualınıza gəlincə, bildirim ki, BƏƏ sərmayəçiləri əsas etibarı ilə azad ticarət zonalarının yaradılmasına, əczaçılıq, daşınmaz əmlak, otel biznesi, parfumeriya kimi sahələrə maraq göstərirlər. Onlar bizimlə görüşlərdə ölkəmizin son 14 ildə inanılmaz dərəcədə inkişaf etdiyini və bununla da regionun liderinə çevrildiyini vurğulayır, Azərbaycanda xarici sərmayələr üçün yaradılan qanunverici bazanın gerçəyə cavab verdiyini alqışlayırlar.

-“Made in Azerbaijan” berendinin BƏƏ-də tanınması istiqamətində nə kimi işlər görülür?

-Məlumdur ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələri arasında kənd təsərrüfatı xüsusi paya sahibdir. BƏƏ-nin əksər kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrdən idxal etdiyini, Körfəz ölkələrinin bu məhsullara olan tələbatının böyük hissəsinin BƏƏ üzərindən idax olunduğunu nəzərə alaraq, BƏƏ ölkəmiz üçün hədəf bazarlardan biri kimi müəyyən edilib.

Hazırda ölkəmizin kənd təsərrüfatı məhsullarının bu bazarda daha da tanıdılması, istehsalın bu bazarın standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır. 2016-cı ilin noyabr ayında Azərbaycanın ixrac missiyası regionun mərkəzi hesab olunan Dubayda səfərdə olub. Səfərin nəticəsi olaraq Azərbaycan BƏƏ-yə 200 ton alma, bir konteyner nar şirəsi ixrac edib, həmçinin bal, ət, mineral sular, pomidor və digər meyvə-tərəvəz məhsullarının ixracı istiqamətində ciddi addımlar atılıb.

Qeyd etdiyim kimi, “Gulfood 2017” ərzaq və kənd təsərrüfatı məhsulları sərgisində Azərbaycan şirkət və məhsulları nümayiş etdirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə hazırlanmış milli stenddə ölkəmizin 24 şirkətinin müxətli məhsulları sərgi ziyarətçilərinə təqdim edilib. Qeyd etmək lazımdır ki, milli stendlə yanaşı bir neçə Azərbaycan şirkəti ayrıca stendlərlə də sərgidə iştirak ediblər. Azərbaycan şirkətlərinin 128 kvadrat metrlik milli stendi yüksək səviyyədə və məzmunlu təşkil olunub, sərgi pavilyonunun BƏƏ və region ölkələrindən ziyarətçilərin çox olduğu yerində hazırlanmış və ikitərəfli görüşlər üçün nəzərdə tutulmuş sahə ilə təmin edilib.

Sərgi yerinin girəcəyində yerləşdirilmiş, Azərbaycan xəritəsi və bayrağı ilə işlənmiş “Made in Azerbaijan” stendi ziyarətçilərin Azərbaycan ekspozisiyasına cəlb edilməsinə müsbət təsirini göstərib.

Sərginin nəticələrinə əsasən Azərbaycanın Azprotein şirkəti ilə BƏƏ-nin General Trading Company şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb, İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı, Astaraçay şirkəti tərəfindən Dubaya çay ixracı, Səudiyyə Ərəbistanı Krallığına ət və ət məhsullarının ixracı və birgə müəssisə yaradılması, Kercom şirkəti tərəfindən BƏƏ-yə bal ixracı, Asico şirkəti tərəfindən Küveytə meyvə-tərəvəz ixracı, AHEC şirkəti tərəfindən Misir, Əfqanıstan və SƏK-ə fındıq ixracı barədə danışıqlara başlanılıb, bundan başqa iş adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.

BƏƏ, Hindistan və bir sıra Fars Körfəzi ölkələrində fəaliyyət göstərən “Lulu” hiper və supermarketlər şəbəkəsində Azərbaycan məhsullarının satışının həyata keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd etmək lazımdır ki, BƏƏ bazarında iştirak miqyasını və satış nöqtələrinin sayını, həmçinin sahiblərinin Azərbaycanla əməkdaşlığının artıq formalaşdığını nəzərə olaraq səfirlik tərəfindən “Lulu” şəbəkəsinin sahibləri ilə keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının bu marka subermarketlərdə satışa çıxarılması razılaşdırılıb.

Azərbaycan və BƏƏ arasında yeni iqtisadi əməkdaşlıq imkanlarının, xüsusən Azərbaycanın bu ölkəyə məhsul təchizi üçün yeni istiqamətlərin müəyyən edilməsi məqsədilə Abu Dabi Ticarət Palatasının, Dubay Ticarət Palatasının prezidentləri ilə həmçinin, ölkənin nüfuzlu iş adamları ilə müxtəlif görüşlər keçirilib.

 Əminən ki, bu görüşdə aparılmış danışıqlar ikitərəfli ticarət əlaqələrimizin inkişafına töhfəsini verəcək. Gələcəkdə BƏƏ sərmayələrini Azərbaycanın kənd təsərrüfatı və turizm sahələrinə yönəltməklə istehsal olunan məhsul və xidmətlərin elə BƏƏ bazarının özünə yönəldilməsi perspektivli istiqamət kimi görünür və bu istiqamətdə də iş davam etdirilir.

"BƏƏ-də Azərbaycan məhsullarına və turizminə həsr olunmuş yarmarkanın təşkili üçün danışıqlar aparılır"

Sevindirici haldır ki, 2016-2017-ci illərdə BƏƏ-də fəaliyyət göstərən mağazalar şəbəkələrində Azərbaycan istehsalı olan markaların məhsullarının satışı artıb. Hazırda bu halın davamlılığının təmin edilməsi və bu ölkədə məhsullarımızın sayının artırılması istiqamətində iş aparılır. Bu məqsədlə keçirilən tədbirlərlə yanaşı, səfirlik tərəfindən Azərbaycan məhsulları və onların istehsalçıları barədə mütəmadi olaraq məlumatlar BƏƏ-nin aidiyyəti şirkət və təşkilatlarına çatdırılır. Hazırda cari ilin payızında BƏƏ-də Azərbaycan məhsullarına və turizminə həsr olunmuş ticarət və turizm yarmarkasının təşkili istiqamətində danışıqlar aparılır.

-Turizm sahəsində əməkdaşlığın perspektivini necə qiymətləndirirsiniz? BƏƏ-dən olan turistlərin Azərbaycanda razı və narazı qaldıqları məqamlar hansılardır?

- Prezident İlham Əliyevin 2015-ci ildə BƏƏ vətəndaşlarına, 2016-cı ildə isə BƏƏ rezident vizasına malik əcnəbi vətəndaşlara münasibətdə viza rejiminin sadələşdirilməsi barəsində göstərişləri BƏƏ-dən turist axınının 30 dəfə artmasına səbəb olub. Təsəvvür edin, əgər 2014-cü ildə ölkəmizə 2300 BƏƏ turisti səfər edibsə, 2016-cı ildə bu rəqəm 70 minə yaxınlaşıb. Yerli turistlərin müxtəlif sosial şəbəkələrdə yerləşdikləri şəkillərə olan şərhlərdən Azərbaycanın təbii və müasir gözəlliyinin, təbiətinin, habelə insanlarımızın qonaqpərvərliyinin və milli mətbəximizin ləzizliyinin onları necə heyrətləndirdiyinin şahidi oluruq.

Eyni zamanda, ölkəmizə səfər edən BƏƏ hökumət qurumlarının rəsmiləri ilə görüşlərdə yerli turistlərin üzləşdikləri yeganə problemin xalq arasında ünsiyyət dili olduğunu qeyd edir, turizm şirkətlərimiz tərəfindən ərəbdilli bələdçi xidməti təqdim edildikdə, bu problemin dərhal aradan qalxdığını vurğulayırlar.

Digər tərəfdən, hər il ənənəvi olaraq Dubay şəhərində təşkil edilən “Arabian Travel Market” Beynəlxalq Turizm Sərgisində ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, eləcə də ölkəmizin aparıcı turizm şirkətləri və mehmanxanaları ilə təmsil olunur.

Paralel olaraq, səfirlik tərəfindən keçirilən istənilən tədbirdə ölkəmizin reallıqlarını təbliğ edən materiallar xarici qonaqların ixtiyarına verilir, əsas etibarı ilə səfirliyin yerləşdiyi paytaxt Əbu-Dabidə dövlət əhəmiyyətli mədəni tədbirlərdə belə müxtəlif məzmunlu video çarxlarla müşayiət edilən milli rəqs və təamlarımız vasitəsi ilə ölkəmizin turizm imkanları geniş təbliğ olunur.

-Bir neçə gündən sonra Azərbaycanda başlayacaq İslam Həmrəyliyi Oyunlarında BƏƏ necə təmsil olunacaq?

-İlk növbədə, diqqətinizə çatdırım ki, BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun qardaşı oğlu, atıcılıq idmanı üzrə Dünya və Asiya çempionu olan Şeyx Səid bin Maktum bin Rəşid Əl Maktum 4-cü İslam Həmrəyliyi Oyunlarının xoşməramlı səfiri statusunda ölkəmizdə səfərdə olacaq. Bu ali missiyanı həyata keçirməkdən məmnunluğunu bildirərkən Şeyx Səid bin Maktum Azərbaycanla bağlı zəngin təəssüratlarını bölüşüb, ölkəmizin vurğunu olduğunu gizlətməyib və bu şərəfli missiyanın ona həvalə edildiyinə görə, ölkə rəhbərliyinə, İdman və gənclər naziri Azad Rəhimova və Səfirliyə minnətdarlığını ifadə edib.

Səfirliyin fəaliyyəti nəticəsində BƏƏ həmin Oyunlarda 30 idmançı ilə təmsil olunacaq. Bununla yanaşı, ölkənin Oyunların həm açılışı, həm də bağlanışı mərasimlərinə yüksək səviyyədə qatılması istiqamətində işlər davam etdirilir.

Sirr deyil ki, qədim tolerantlıq və multikulturalizm ənənələrinə malik Azərbaycan hazırda dünyada baş verən ksenofobiya, digərinə qarşı dözümsüzlük halları fonunda yenə də həmin ənənələrə sadiqdir.

Bu gün ölkəmiz ərəb-İslam dünyasında dünyəviliklə dini dəyərlərin uğurlu sintezinin nümunəsi kimi qəbul olunur və yüksək təqdir edilir. Yerli hökumət nümayəndələrinə istinadən bildirim ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq, BƏƏ vətəndaşları ölkəmizdə özlərini olduqca rahat və təhlükəsiz hiss edirlər. Bəllidir ki, respublikamız boyu istənilən xarici vətəndaş milli mənsubiyyətinə, dininə və irqinə görə özünü zərrə qədər sıxıntı içində hiss etmir. Məhz belə uğurlu model bəzi müsəlman ölkələri tərəfindən təhlil olunur.

Digər tərəfdən, Prezident İlham Əliyev ulu öndərin hakimiyyəti dövründən ərəb-İslam dünyası ilə ikitərəfli əlaqələri hər zaman diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının ərəb-İslam dünyasının liderləri ilə malik olduğu müstəsna əlaqələrin ölkəmiz haqqında son dərəcə müsbət imicin formalaşmasında böyük təsiri vardır. Sizə tam açıq deyirəm ki, bu gün İlham Əliyev müsəlman ölkələrində gənc və uğurlu lider kimi qəbul olunur. Bəzi ölkələrin rəhbərləri məsləhət üçün məhz dövlətimizin başçısına üz tuturlar. Bu reallıqdır. Ona görə də düşünürəm ki, Azərbaycanın İslam dünyası ilə əlaqələri çoxdan uğurla inkişaf edir. 4-cü İslam Həmrəyliyi Oyunları isə xalqlararası bağlılığa daha çox təsir edəcək, ölkəmizə gələcək on minlərlə qonaqları bizim reallıqlarımıza sevdirəcəkdir.    

Pərvanə Sultanova

 

Paylaş:
3526

Sizin üçün xəbərlər

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər