Dünya liderlərinin heyranedici xanımları – FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünya liderlərinin heyranedici xanımları – FOTO

12:19 - 25 / 04 / 2017
Dünya liderlərinin heyranedici xanımları – FOTO

Birinci xanımlar heyranedici gözəllikləri və qadın incəlikləri ilə məşhurdurlar. Eləcə də prezident və kralların həyat yoldaşlarının reytinqi bir çox gözəllik müsabiqələrindəki modelləri üstələyir.

Cazibədar xarici görkəm və düzgün üz quruluşuna sahib olmaları ilə yanaşı, bu xanımlar müdrüklük və uzaqgörənlikləri ilə də fərqlənirlər.

Mehriban Əliyeva, Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı

Ziyalı ailəsində doğulan Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yanaşı, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Həmçinin Azərbaycanın birinci xanımı müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb. Görkəmcə bir çox modelləri üstələyən birinci xanım üç övlad sahibi olmaqla yanaşı, həm də nənədir.

Melanya Tramp

ABŞ-ın hazırki prezidenti Donald Trampın həyat yoldaşı olan Melaniya modeldir.

Letisiya Ortis Rokasolano, İspaniya kraliçası

Asturiya şahzadəsi gələcək həyat yoldaşını televizorda görür. Belə ki, Letisiya xəbərlər proqramının aparıcısı idi və çox məşhurdu. Tez bir zamanda isə onlar evlənirlər.

Lalla Salma, Mərakeş şahzadəsi

Mərakeş şahzadəsi IV Muradın həyat yoldaşı olan Lalla Salma təkcə gözəlliyi ilə deyil, eləcə də heyrətamiz zəkaya sahibdir. Ailə qurmadan öncə o, mühəndis idi. İndi isə xeyriyyəçiliklə məşğul olur.

Li Sol Cu, Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı  

Bu, dünyanın ən sirli birinci xanımıdır. Onun haqda demək olar ki, heç nə məlum deyil. Lakin gəzən şayiələrə görə o, əvvəllər müğənni olub. Hazırda iki uşaq anasıdır.

Silviya Bonqo, Qabon prezidenti Ali ibn Bonqonun həyat yoldaşı

Silviya Bonqo hətta Qabon prezindeti ilə ailə qurmadan öncə də məşhur ola bilərdi. Belə ki, bu gözəl xanım həm də təcrübəli bines-ledidir. Qazandığı təcrübələri o, ailə qurduqdan sonra xeyriyyə layihələrinə sərf edib.

Şarlen Uittstok, Monako şahzadəsi

Bu xanımın da şöhrəti şahzadə ilə ailə qurduqdan sonra gəlməyib. Şahzadə ilə tanışlıqdan öncə Şarlen üzgücü olub, eləcə də Olimpiya oyunlarında iştirak edib. Hazırda isə xeyriyyəçilik işləri ilə məşğuldur.

Anxelika Rivera, Meksika prezidenti Enrike Penya Netonun xanımı

Bu xanım da həyat yoldaşı Meksikanın dövlət başçısı olmadan öncə məşhur idi. Belə ki, Anxelika Meksika seriallarıında məşhur aktrisa idi. O, bir zamanların məşhur serialı olan “Sadəcə Mariya”da kiçik rol oynayıb. Onun hazırki həyat yoldaşından üç övladı var.

S.Xankişiyeva

Paylaş:
13494

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər