Bu şəkil polisi hərəkətə keçirdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəkil polisi hərəkətə keçirdi – FOTO

16:45 - 19 / 07 / 2018
Bu şəkil polisi hərəkətə keçirdi – FOTO

Bakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.

Yeni Günəşlidə yerləşən 285 saylı məktəblə üzbəüz yerləşən pivəxanada çəkilən fotolarda uşaqların önündə pivə dolu bakallar var. 

Sözügedən görüntülər sosial şəbəkədə müzakirəyə səbəb olub. İzləyicilərin bir qismi uşaqlara pivə satan obyekt rəhbərliyini, bir qismi isə uşaqlarına nəzarət etməyən valideyni günahlandırıblar.

Əslində qanunla 18 yaşı tamam olmamış şəxslərin spirtli içkidən və siqaretdən istifadəsi qadağandır. Bu şəxslərin belə müəssisələrə girişi də qadağandır. Ancaq bu hər kəsin gözü qarşısında baş verir. Heç kəs də buna mane olmur.

Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən BAKU.WS-ə bildirilib ki, həmin ərazidə bir neçə pivəxana var. Çox təəssüf ki, həmin fotonun hansı pivəxanada çəkildiyi məlum deyil. Lakin bu istiqamətdə araşdırma aparılacaq və məkan tapılacaq.

Polis qanun çərçivəsində həmin pivəxana sahibi barədə inzibati qaydada tədbirlər görüləcəyini qeyd edib:

“Bu işdə birbaşa pivəxana sahibi və idarə edən şəxs məsuliyyət daşıyır. Qanunla 18 yaşına çatmamış uşaqların pivəxanaya buraxılması, onlara spirtli içkilərin, pivə və siqaretlərin satılması qadağandır. Bu istiqamətdə sahibkarlar inzibati qaydada məsuliyyət daşıyırlar”, - deyə polisdən bildirilib.

Qeyd edək ki, həmin pivəxana sahibi müəyyən ediləndən sonra, onun fiziki, yaxud hüquqi şəxs olduğu müəyyənləşdiriləcək. Daha sonra onun barəsində hüüquqi qaydada tədbirlər görüləcək.

Bu məsələ qanunla necə tənzimlənir?

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

"Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.

S.Xankişiyeva

 

Paylaş:
699

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər