Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

09:23 - 18 / 07 / 2018
Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən 1news.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq.

İmtahanda 26332 abituriyentin (I qrup üzrə - 21734 abituriyent, IV qrup üzrə - 4598 abituriyent) iştirakı gözlənilir.

Abituriyentlərdən 24244 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 20125, IV qrup üzrə 4119 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1609, IV qrup üzrə 479 nəfər) məzunudur. Abituriyentlərin 15496 nəfəri oğlanlar (I qrup üzrə 14116 nəfər, IV qrup üzrə 1380 nəfər), 10836 nəfəri isə qızlardır (I qrup üzrə 7618 nəfər, IV qrup üzrə 3218 nəfər). 21425 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 4260 nəfər əvvəlki illərin məzunlarıdır. 67 nəfər ali təhsil müəssisələrinin, 580 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 115 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

1news.az

Paylaş:
354

Son xəbərlər

Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29
Bütün xəbərlər