Botoks etdirən 12 dəvə yarışmadan uzaqlaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Botoks etdirən 12 dəvə yarışmadan uzaqlaşdırılıb - FOTO

15:28 - 24 / 01 / 2018
Botoks etdirən 12 dəvə yarışmadan uzaqlaşdırılıb - FOTO

Səudiyyə Ərəbistanında keçiriləcək dəvələrin gözəllik yarışında botoks edildiyi müəyyənləşdirilən 12 dəvə namizəd yarışmadan uzaqlaşdırılıb.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, hər il keçirilən Kral Abduləziz Dəvə Festivalı paytaxt Riyad yaxınlığında baş tutur. Ölkənin simvol heyvanlarından sayılan dəvə festivalı 28 gün davam edir.

Bu il mayın 19-da keçirilməsi planlaşdırılan festivala Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrindən 15 min dəvənin iştirakı nəzərdə tutulub. Festivalın sonunda təşkil edilən gözəllik yarışmasında isə milyon dollarlıq mükafat verilir. Buna görə də yarışda fırıldaqçılığa və saxtakarlığa can atanlar var. Bu il 57 milyon dollar səviyyəsində mükafatlanma gözlənilir. İndidən artıq 12 dəvə namizəddə botoks  müəyyən edilib və onlar yarışmaya qatıla bilməyəcəklər.

Festivalda gözəllik kateqoriyasından başqa, dəvə yarışları, itaət təlimləri, dəvə tükü və ən yaxşı dəvə fotoşəkilləri kimi kateqoriyalar da var.

1news.az

Paylaş:
1496

Son xəbərlər

PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21
Bütün xəbərlər