“Barselona” “Çelsi”ni darmadağın elədi, “Beşiktaş” yenə uduzdu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Barselona” “Çelsi”ni darmadağın elədi, “Beşiktaş” yenə uduzdu – VİDEO

09:35 - 15 / 03 / 2018
“Barselona” “Çelsi”ni darmadağın elədi, “Beşiktaş” yenə uduzdu – VİDEO

Çempionlar Liqasında (ÇL) 1/8 finalın sonuncu cavab matçları oynanılıb. 

1news.az-ın məlumatına görə, İstanbulda “Beşiktaş” ilk oyunda 0:5 hesabı ilə uduzduğu “Bavariya”nı qonaq edib. Formal xarakter daşıyan görüşdə yenə almanlar qalib gəliblər.

Bununla da iki oyunun nəticəsində qapısında 8 top görən və bu toplardan yalnız birinə cavab verən “Beşiktaş” Çempionlar Liqasında mübarizəni dayandırıb, “Bavariya” isə gözlənildiyi kimi, adını növbəti mərhələyə yazdırıb. 

Günün ən çox maraqla gözlənilən görüşü İspaniyada baş tutub. “Barselona” doğma arenada “Çelsi” ilə üz-üzə gəlib. Komandalar arasında Londonda keçirilən ilk qarşılaşma bərabərliklə başa çatdığından katalonların qalib gəlmək şansı daha yüksək qiymətləndirilirdi.

Bu ehtimal özünü doğrultdu. Oyunun 3-cü dəqiqəsində hesabı açan “Barselona” daha iki qol vuraraq darmadağını rəsmiləşdirib. Nəticədə “Bavariya” ilə yanaşı, “Barselona” da adını növbəti mərhələyə yazdırıb. 

Beləliklə, ÇL-in 1/4 finalında İspaniyanın 3 (“Real”, “Sevilya”, “Barselona”), İngiltərə (“Liverpul”, “Mançester Siti”) və İtaliyanın (“Yuventus”, “Roma”) hərəyə 2, Almaniyanın isə 1 klubu (“Bavariya”) mübarizə aparacaq. 

 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

14 mart

 

“Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) - 1:3

Qollar: Vaqner Lav, 59 - Tiaqo, 18; Gökhan Gönül, 46 (avtoqol); Vaqner, 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, “Vodafone Park” stadionu

İlk oyun – 0:5

 

 

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0

Qollar: Messi, 3, 64; Dembele, 20

Baş hakim: Damir Skomina (Sloveniya)

Barselona, “Nou Kamp” stadionu

İlk oyun – 1:1

1news.az

Paylaş:
1011

Son xəbərlər

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19
Bütün xəbərlər