Bank of Baku-nun 145 Məlumat Mərkəzindən korporativ müştərilərə özəl xidmət | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-nun 145 Məlumat Mərkəzindən korporativ müştərilərə özəl xidmət

15:45 - 19 / 01 / 2018
Bank of Baku-nun 145 Məlumat Mərkəzindən korporativ müştərilərə özəl xidmət

Korporativ müştərilərinə göstərdiyi xidmət dairəsini günü-gündən genişləndirən Bank of Baku, “Sizə Yaxın Korporativ Bankçılıq” şüarına sadiq qalaraq məhz onlara ÖZƏL növbəti xidmətini təqdim edir.

Belə ki, ölkə iqtisadiyyatının inkişafında sahibkar və iş adamlarının rolunu daim dəstəkləyərək korporativ müştərilərinin istək və tələblərini nəzərə alan Bank, 145 Məlumat Mərkəzi daxilində onlara ÖZƏL - korporativ müştərilərə xidmət bölməsini artıq bir neçə müddətdir ki, istifadəyə verib.

Bankın korporativ müştəriləri 145-1-1 nömrəsilə əlaqə saxlayaraq aşağıdakı xidmətlərdən banka gəlmədən, sadəcə bir zəng vasitəsilə istifadə edə bilərlər:

- Daxil olan bütün sual və müraciətlərin dərhal cavablandırılması;

- İnternet bankçılıq xidmətinin aktivləşdirilməsi və istifadə ilə bağlı dəstəyin göstərilməsi;

- Köçürmələr ilə bağlı əməliyyatların təsdiqi və ya ləğv edilməsi;

- Asan imza nömrələrinin qeydiyyata alınması;

- Kartlar üzrə PIN kodun yenidən aktivləşdirilməsi;

- SMS bankçılıq xidmətinə qoşulma;

- Təklif və  iradların qeydə alınması.

Bankın 145 Məlumat Mərkəzi həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir.

Qeyd edək ki, 145 Məlumat Mərkəzinə istər şəhərdaxili telefonlardan, istərsə də regionlardan zənglər pulsuzdur.

Korporativ müştərilərə özəl bu və ya digər xidmətlər haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng etməklə və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olmaqla tanış ola bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

Reklam hüququnda

Paylaş:
709

Son xəbərlər

Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22
Bütün xəbərlər