Bakıda Qazaxıstanın Müstəqillik günü qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Qazaxıstanın Müstəqillik günü qeyd edilib - FOTO

11:25 - 14 / 12 / 2018
 Bakıda Qazaxıstanın Müstəqillik günü qeyd edilib - FOTO

Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününün 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az xəbər verir ki, qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxış edərək ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan, sosial-iqtisadi, siyasi sahələrdə əldə etdiyi uğurlardan söz açıb, Prezident Nursultan Nazarbayevin “Qazaxıstanlıların rifahının artması: gəlirlərin və həyat keyfiyyətinin yüksəlişi” adlı 5 oktyabr tarixli xalqa müraciətinin əsas müddəalarına xüsusi diqqət yetirib.

Diplomat Azərbaycanla əlaqələrdən də söz açıb. Bildirib ki, müstəqillik illərində Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı etimad və bərabərlik əsasında çox yaxın dostluq münasibətləri qurulub.  Onun sözlərinə görə, indiki mərhələdə Qazaxıstan-Azərbaycan münasibətləri hər sahədə dinamik inkişaf edir və tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün güclü potensia mövcuddur.

B.İsabayev deyib ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün dövlətlərimizin başçıları uğurla davam etdirirlər. Səfir əmin olduğunu bildirib ki, qarşılıqlı səylərimiz bundan sonra da münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcək.

Energetika naziri Pərviz Şahbazov milli bayram münasibətilə Qazaxıstan xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir bildirib ki, ötən dövr ərzində Qazaxıstan Prezident Nursultan Nazarbayevin rəhbərliyilə böyük nailiyyətlər qazanaraq regionun lider ölkələrindən birinə çevrilib.

Nazir, həmçinin irimiqyaslı layihələr gerçəkləşdirən Azərbaycan və Qazaxıstanın beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin mühüm parçası olduğunu diqqətə çatdırıb.

Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. P.Şahbazov əlavə edib ki, Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkəmiz Qazaxıstanla əməkdaşlığını yeni mərhələdə davam etdirir. Bu gün Azərbaycan və Qazaxıstan bir çox sahələrdə olduğu kimi, energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Bu cür əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi yeni enerji layihələrinin reallaşdırılmasına yol açacaq.

P.Sultanova

Paylaş:
355

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər