Intel, Nutanix və Lenovo-dan müasir data-mərkəzləri üçün innovativ infrastruktur həlləri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Intel, Nutanix və Lenovo-dan müasir data-mərkəzləri üçün innovativ infrastruktur həlləri – FOTO

14:00 - 18 / 07 / 2018
Intel, Nutanix və Lenovo-dan müasir data-mərkəzləri üçün innovativ infrastruktur həlləri – FOTO

Bir neçə gün öncə Bakının Bilgah Beach otelində yarımkeçirici komponentlərin aparıcı istehsalçısı olan Intel, korporativ bulud hesablamalarının həlləri sahəsində lider sayılan Nutanix və biznes üçün innovativ texnoloji həllərin və məlumatların emalı mərkəzlərinin istehsalı sahəsində lider kimi tanınan Lenovo şirkətləri tərəfindən konfrans təşkil olunub.

“Gələcəyin data mərkəzi bu gün!” şüarıyla təşkil edilən tədbir Intel, Nutanix və Lenovo şirkətlərinin birgə infrastruktur həllərinə və məlumat mərkəzləri üçün gələcək texnologiyalara həsr olunub. Konfrans iştirakçıları Azərbaycandakı tərəfdaşların həyata keçirdiyi layihələrlə də tanış oldular.

Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Mejor qonaqları giriş sözü ilə salamlayaraq qeyd etdi ki, şirkət korporativ bulud infrastrukturunun qurulmasında uğur qazanıb.

Nutanix, bulud mühitində iştirakını genişləndirmək məqsədilə çalışır, bu səbəbdən ortaq ekosistemin inkişafı artım dinamikasının qoruyub saxlamanılması istiqamətində ən vacib komponentə çevrilir.

“Bizim bulud üzrə mövcud həll yollarımız müasir data idarəetmə ssenarilərində xüsusilə tələb olunur, çünki şirkətlər rəqəmsal transformasiyaya keçmək ərəfəsindədir” – deyə Piter Mejor çıxışında qeyd etdi.

EMEA bölgəsində baş direktor müavini və Intelin korporativ vitse-prezidenti Maykl F. Kovalik gələcəyin məlumat mərkəzləri ilə əlaqədar söylədiyi nitqində vurğulayıb ki, bu gün də hər kəsi rəqəmsal transformasiya mövzusu narahat edir.

“Şirkətlər bu istiqamətdə pul qazanmaq və biznesin inkişafına diqqət yetirmək üçün kifayət qədər tez hərəkət etməlidirlər. Buna görə Intel, gələcək üçün rəqəmsal strategiyalar üçün aparıcı drayver olmaq niyyətindədir. Mövcud tərəfdaşlıq sayəsində şirkət Lenovo və Nutanix müştərilərini ən son texnologiyalarla təmin edə bilər və elə bu gün onlara biznesin sürətli transformasiyasına imkan yaradar”, - deyə Kovalik qeyd edib.

Konfransın əsas hissəsini Nutanix şirkətlərin Şərqi Avropa və Rusiya üzrə texniki direktoru Maksim Şapoşnikovun çıxışı yer alıb. Məruzəçi Nutanix-ə dünya bazarında aparıcı yer tutmağa imkan verən həllərinin üstünlüyü haqqında danışıb.

“Data mərkəzlərinin daimi təkmilləşdirilməsi infrastrukturu  mürəkkəbləşdirərək yeni investisiyalar tələb edir. Məlumat mərkəzinin İT-landşaftının qurulmabsı paradiqmasını dəyişdirmək tələb olunur. Nutanix tərəfindən yaradılan ekosistem proqramla təyin edilən hesablama üsulları, şəbəkə kommunikasiyaları və “hər şey daxil” prinsipi ilə məlumatların saxlanılmasından istifadə etdikdə yüksək məhsuldarlıq və imtinaya davamlılıq göstərir” – söyləyərək Maksim Şapoşnikov qeyd etdi.

Lenovo Datacenter Group-un Azərbaycan üzrə rəhbəri Rasim Bəxşi tədbir iştirakçılarını Lenovo ThinkAgile aparat platforması ilə tanış etdi. Bona Dea International Azerbaijan hospitalında 2017-ci ilin sonunda həyata keçirilən unikal layihənin uğurları qeyd olundu. Bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləşdirir. Həmin əlavələr Lenovo HX platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və Nutanix-in AHV hipervizoru ilə dəstəklənir. Rasim Baxşı onu da qeyd etdi ki, Lenovo şirkətinin Intel və Nutanix ilə əməkdaşlığı nəticəsində əldə etdiyi nailiyyətləri bu ilin may ayında New Orleans şəhərində (ABŞ) Nutanix.NEXT. konfransında təqdim edilib. Azərbaycandan olan nümayəndə heyəti Nutanix şirkətinin həmtəsisçisi və rəhbəri Diraj Pandeylə və şirkətin prezidenti Sudiş Nairlə görüş keçiriblər. Görüş zamanı Azərbaycanda həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirildi.

Tədbirin rəsmi hissəsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı-nın direktoru Tural Kərimli tamamlayıb. Yüksək Texnologiyalar Parkı əsasında tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi sahəsində Intel, Nutanix və Lenovo ilə əməkdaşlıq planları barədə məlumat verib. Konfrans bitdikdən sonra iştirakçılar ekspertlərə onları maraqlandıran sualları qeyri-rəsmi şəraitdə ünvanlaya biliblər.

Reklam hüququnda

 

Paylaş:
532

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər