Bakıda Azərbaycanın irsinin öyrənilməsi və təşviqinə dair beynəlxalq layihəyə start veriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycanın irsinin öyrənilməsi və təşviqinə dair beynəlxalq layihəyə start veriləcək

17:54 - 20 / 04 / 2018
Bakıda Azərbaycanın irsinin öyrənilməsi və təşviqinə dair beynəlxalq layihəyə start veriləcək

Aprelin 24-ü saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının binasında bu yaxınlarda yaradılmış UNESCO nəzdində mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair kafedrasının İşçi qrupunun mətbuat konfransı keçiriləcək.

1news.az-ın məlumatına görə, İşçi qrupa Azərbaycanın arxitektur, mədəni, mənəvi, etnoqrafik və tarixi irsini araşdıran və təşviq edən alim və araşdırmaçılar daxildir.

Azərbaycanda irsimizin arxitektur və digər abidələrinin qorunmasına və araşdırılmasına böyük diqqət yetirilir. Bununla birgə, həm Azərbaycanda, həm də bütün Qafqaz bölgəsində zəngin irsimizin bu vaxtadək qeydə alınmayan, araşdırılmayan və qorunmayan hissəsinin pasportlaşdırılmasında ciddi zərurət var. Söhbət bölgə çərçivələrində və hətta dünya miqyasında unikal olan xristian, müsəlman və digər abidələr və irsimizin elementlərindən gedir. Bununla paralel olaraq, qeyd edilən irsin öyrənilməsi və təşviqi bölgədə dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi baxımından zərurət təşkil edir.

Bu məqsədlə, Qafqaz tarixi mərkəzinin təşəbbüsü və UNESCO nəzdində mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair kafedrasının, AMEA Mərkəzi elmi Kitabxanasının dəstəyi ilə müxtəlif dövlətləri təmsil edən alim və araşdırmaçılardan ibarət işçi qrupu yaradılıb. İşçi qrupuna Azərbaycanın, Türkiyənin, Qazaxstanın, Rusiyanın, Ukraynanın, Gürcüstanın elm adamları daxildir və bununla birgə İşçi qrupuna digər dövlətləri təmsil edən alim və araşdırmaçıların cəlb olunması nəzərdə tutulub.

Bütün bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, pasportlaşdırılması və qorunmasına dair layihənin konspesiyasının yaradılması planlaşdırılıb. 2018-ci ilin 24-29 aprel tarixlərinə təsadüf edən ilk mərəhələdə, Azərbaycanın qərb bölgəsində qorunma və yenidən bərpa işlərinə ehtiyyac duyan qədim abidələrin, məzarlıqların, qoçdaşların (totemik daş qoyun və at heykəlləri) və məbədlərin pasportlaşdırılmasına dair layihə planlaşdırılıb. Bu fəaliyyət AMEA, Mədəniyyət Nazirlii və bölgələrimizin İcra hakimiyyətlərinin koordinasiyası ilə baş tutacaq.

Hazırki mərhələdə, 2018-ci ilin yaz-yay aylarında layihənin həyata keçirilməsinə başlaya biləcək beynəlxalq arxeoloji etnoqrafik ekspedisiya formalaşdırılır. Aparılan işlərin nəticəsinə dair film hazrılanacaq və məqalələr çap ediləcək.

İşçi qrup həmçinin UNESCO və Beynəlxalq Türk mədəniyyəti və irsi fondu, həmçinin tarixi irsin öyrənilməsində və qorunmasında ixtisaslaşmış dövlət strukturları və ictimai təşkilatlarla əməkdaşlığını genişləndirmək niyyətindədir.

Həmçinin qeyd etmək lazımdır ki, son 4 il ərzində AMEA Mərkəzi elmi kitabxanası Milli Rəqəmsal Yaddaş (MRY) layihəsini həyata keçirir. Bu layihənin məqsədi Azərbaycanın mədəni-tarixi irsinə aid olan sənədlərin (kitablar, jurnallar, qəzetlər, markalar audio və videoyazılar) yığılması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması, arxivləşdirilməsi, məlumat bazasında saxlanılması, müasir internet istifadəçilərinə təqdim edilməsi və digər elektron xidmətlərin göstərilməsidir. Bazanın reyestri müasir MARC 21 formatı və RDA standratları əsasında tərtib edilmişdir və bu da öz növbəsində MRY-ın elektron kataloqunun istənilən kataloqa, həçinin UNESCO kataloqlarına inteqrasiya edilməsi üçün zəmin yaradır.

24-29 aprel tarixləri ilə bağlı tədbirlər planını təqdi edirik:

24 aprel 11:00 – AMEA-nın Mərkəzi elmi kitabxanasında İşçi qrupun iştirakı ilə dəyrimi masa keçiriləcək.

24 aprel 13:00 – Sputnik multimedia mətbuat mərkəzində İşçi qrupun mətbuat konfransı təşkil ediləcək.

24 aprel 14:00 – yungül nahar və Tovuza səfər, gecələmə “Ayan Palace” mehmanxanasında baş tutacaq

25 aprel – Tovuz rayonunda bir sıra tarix abidiləri ilə tanışlıq

26 aprel – Tovuz və Gədəbəy rayonlarında bir sıra tarix abidiləri ilə tanışlıq

27 - bir sıra tarix abidiləri və marşrut üzrə digər diqqətəlayiq yerlərlə tanışlıq məqsədi ilə Bakıyadək Gəncə, Şəki və digər şəhərələrə səfər

28-29 aprel – Səfər sessiyasının bitməsi və qonaqların getməsi

1news.az

Paylaş:
387

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər