Bakıda avtoşluq edən “Naz Lifan”ın sürücüsü belə tutuldu – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtoşluq edən “Naz Lifan”ın sürücüsü belə tutuldu – VİDEO

16:33 - 22 / 01 / 2018
Bakıda avtoşluq edən “Naz Lifan”ın sürücüsü belə tutuldu – VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün Bakıda tutulan avtoxuliqanla bağlı məsələyə aydınlıq gətirib.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən “NAZ Lifan” markalı “90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib:

“Lakin sözsüz ki, sürücü sənədsiz olduğundan avtomobili saxlamadan hərəkətini davam etdirib. Digər yolayrıclarında xidmət aparan polis əməkdaşlarına həmin avtomobilin saxlanması ilə bağlı işarə verilməsi barədə radiocihaz vasitəsilə məlumat verilib. Üç yolayrıcında xidmət aparan polis əməkdaşları həmin avtomobil sürücüsünə dayanma işarəsi versə də, sürücü yenə də dayanmadan hərəkətini davam etdirib.

Beləliklə, onun həqiqətən olduqca təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilərək və bu prospektdə isə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb.

Təəssüflər olsun ki, bununla əlaqədar guya 23 yol polisi avtomobilinin həmin avtomobilin saxlanması ilə əməliyyat keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtomobilin saxlanılmasında 2 patrul avtomobili və ərazi üzrə xidmət aparan üçüncü patrul avtomobili iştirak edib. Saxlanılan zaman sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.

1news.az

Paylaş:
1266

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər