Bakı Ali Neft Məktəbi CİSCO ilə əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi CİSCO ilə əməkdaşlığı genişləndirir

10:51 - 15 / 12 / 2017
Bakı Ali Neft Məktəbi CİSCO ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov CİSCO şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri Alyona Domotenko ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə rektor qonaqlara Ali Məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin İnformasiya Texnologiyaları (İT) üzrə yüksək  nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb. Rektor BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək İT təfəkkürə malik ən istedadlı tələbələlər yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.

Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski CİSCO-nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb. Xanım Alyona Domotenko isə  CİSCO-nun ümumi və təhsil ocaqları ilə faəliyyət istiqamətindən danışıb, eləcə də şirkətin Şəbəkə akademiyası (Networking Academy) haqda məlumat verib. 

Görüşdə tərəflər birgə əməkdaşlığın mümkün istiqamətləri haqda müzakirələr aparıb və razılığa gəliblər. Müzakirələrin nəticəsi olaraq BANM-ın yeni kampusunda Ali Məktəbin tələbələri, eləcə də digər universitetlərin tələbələrinin yararlana biləcəyi CİSCO Şəbəkə akademiyasının yaradılması və bu mərkəzdə CİSCO –nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi qərara alınıb.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər