Bahalı avtomobilin sürücüsündən piyadalara qarşı hörmətsizlik – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bahalı avtomobilin sürücüsündən piyadalara qarşı hörmətsizlik – FOTO

15:06 - 24 / 01 / 2018
Bahalı avtomobilin sürücüsündən piyadalara qarşı hörmətsizlik – FOTO

Hər bir işin, peşənin özünə xas mədəniyyəti, üsulu, qaydası var. Elə sürücülüyün də. Lakin mədəniyyətdən kənar, qaydaları pozmağı özünə hünər sayan sürüclərimiz də az deyil. 

1news.az-ın Baku.ws-a istinadən verdiyi xəbərə görə, dövlət qeydiyyat nişanı 10 BA 033 olan avtomobilin adı məlum olmayan sürücüsü kimi. Diqqət edək! Bu avtomobilin, həm də kifayət qədər bahalı avtomobilin sürücüsü yol hərəkəti ilə bağlı mövcud olan bütün qaydaları kobud şəkildə pozaraq nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulan səkinin üstündə saxlayıb. Bunun üçün həmin o naməlum sürücü yolda yeni quraşdırılan pandusdan istifadə edib. Bu pandus isə fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün nəzərdə tutulub.

Əslində qaydaları heçə sayıb avtomobilini pandusun üzərindən səkiyə qaldıran sürücünün də sağlamlığında müəyyən məhdudiyyətlər var. Lakin fiziki yox, əqli. Normal təfəkkürə malik insan cəmiyyətə qarşı bu cür tərbiyəsizlik etməzdi. Onun bu qeyri-mədəni hərəkəti sayəsində yeni quraşdırılan pandusun örtuk daşları da sınıb.

Qısa xatırlatma edim ki, bir müddətdir ki, Bakı Nəqliyyat Agentliyinin başladığı layihə əsasında paytaxtın küçə və prospektlərində panduslar quraşdırılır. Fiziki imkanları məhdud, uşaq arabası ilə olan və yaşlı piyadaların rahat hərəkətinin təmin edilməsi baxımından bu layihə sosial əhəmiyyət kəsb edir. Onu da vurğulamaq lazımdır ki, ilk dəfədir ki, paytaxtımızda bu cür sosial layihə həyata keçirilir.

1news.az

Paylaş:
827

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər