Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu – SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu – SİYAHI

16:22 - 29 / 11 / 2017
Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu – SİYAHI

“Qarabağ”ın ürəkləri fəth edən çıxışından sonra futbol ölkəmizdə qadınlar arasında populyarlaşmağa başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə də bunu müşahidə etmək olar. Artıq xanımlar futbol haqqında müzakirə aparır, maraqlı qolları bir-biri ilə paylaşır və öz sevimli oyunçuları haqqında fikir bildirirlər.

Bu mövu əlaqədar novosti.az-ın müxbiri xanımlar arasında sorğu keçirib:

Futbolçular haqqında söhbət açılanda ağlınıza ilk kim gəlir?

10. Rəşad Sadıqov. 8% xanımlar Azərbaycan milli komandası və "Qarabağ"ın kapitanının adını çəkib.

9. Maksim Medvedev. Xanımlar Rəşad Sadıqovu onun brutal görünüşünə və güc xarakteristikalarına görə tanıyırlarsa, Maksim gözəl gözlərinə görə tanınır. 10, 12% xanım onun adını çəkəndə "Maksimin gözəl gözləri var" cümləsindən istifadə ediblər.

8. Devid Bekhem. Özünə xas oyun tərzi və 2011-ci ildə ən çox maaş alan oyunçu statusunu götürən ingilis futbolçu 20% səs toplaya bilib.

7. Françesko Totti. Bütün karyerası boyunca (red. 1992-2017) "Roma"nın şərəfini qoruyan kapitan siyahımızda 7-ci yerdə qərarlaşıb.

6. Del Piero. 19 il boyunca "Yuventus" formasını tərlədən oyunçu 6-cı ən çox tanınan oyunçu olub.

5. Qurban Qurbanov. İlk beşliyi "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov tamamlayıb. Azərbaycan milli komandasında ən çox qol vurmuş oyunçu seçilən Qurbanovun adını sorğuda iştirak edən xanımların 20%dən çoxu çəkib.

4. Lionel Messi. Argentina yığmasının və "Barselona"nın ulduzu Messi 30% xanımlar tərəfindən tanınır.

3. İlhan Mansız. 10-luğun 3-cüsü 40% səs toplayan Türkiyə futbolçusu İlhan Mansızdır.

2. Neymar. Liderlikdən bir addım geridə isə Braziliya yığması və PSJ-nin gənc ulduzu Neymardır.

1. Kriştianu Ronaldu. Hər kəsdən çox səs toplayan və ilk pillədə yerləşən oyunçu isə portuqal ulduz Ronaldudur.

1news.az

Paylaş:
1068

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər