Azərbaycanlı gənc Londonda dünyanın ən böyük natiqlik yarışmasında “Ən yaxşı nitq” diplomu qazanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənc Londonda dünyanın ən böyük natiqlik yarışmasında “Ən yaxşı nitq” diplomu qazanıb – FOTO

15:39 - 23 / 05 / 2019
Azərbaycanlı gənc Londonda dünyanın ən böyük natiqlik yarışmasında “Ən yaxşı nitq” diplomu qazanıb – FOTO

Londonda 39-cu dünyanın ən böyük natiqlik yarışması baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, yarışmada 54 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar. Azərbaycanı yarışmada “Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi Adil Qafarlı təmsil edib.

“Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi “Gilan Holding”-in baş sponsorluğu ilə 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil “Lies that tell the truth” başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb. 

1980-ci ildə başlayan yarışma bu gün dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas təşkilatçısı Britaniyanın “The English-Speaking Union” təşkilatı Azərbaycanda “Azerbaijan Public Speaking Competition” ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində APSC-nin qalibi olan gənc natiqləri Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün hər il Londona səyahət edirlər.

APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi yumuşaq bacarıqları inkişaf etdirən  təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil edir. Platforma Britaniyanın “The English Speaking Union” və Amerikanın “Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.

S.Xankişiyeva

 

 

Paylaş:
1261

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər