Azərbaycanda yüksəkgərginlikli elektrik dirəkləri olan ərazidə yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yüksəkgərginlikli elektrik dirəkləri olan ərazidə yanğın baş verib

11:58 - 16 / 07 / 2018
Azərbaycanda yüksəkgərginlikli elektrik dirəkləri olan ərazidə yanğın baş verib

Göyçayda güclü yanğın baş verib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verfiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib.

Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər "Azərenerji"nin yüksəkgərginlikli elektrik dirəklərini alovdan mühafizə ediblər. Ümumilikdə 1000 hektar taxıl sahəsi, nar bağlarının alovdan mühafizəsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

Paylaş:
1395

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər