“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib | 1news.az | Xəbərlər
Rəsmi

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib

19:53 - 19 / 01 / 2018
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib

Prezident İlham Əliyev“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

1news.az-ın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, qanunda nəzərdə tutulan başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, qanuna uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dinc dövrdə, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və tələbat normasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, qanundan irəli gələn digər məsələləri həll etsin.

Yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun Milli Məclisin ötən il dekabrın 29-da keçirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.

1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan ordusunun hüquqi əsaslarını müəyyən edirdi. Yeni qanundaisə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir. Ordunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, başqa silahlı birləşmələr dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarının təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.

Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanunda başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcəyi müəyyən olunur. Sənəddə Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir. Öz növbəsində, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla, yəni “Azərbaycan ordusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında” “Sərhəd mühafizə orqanları haqqında” və digər hərbi qanunlarla tənzimlənəcək.

1news.az

Paylaş:
703

Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06
Bütün xəbərlər