Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq krediti şərtlərini asanlaşdırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq krediti şərtlərini asanlaşdırdı

15:30 - 22 / 10 / 2018
Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq krediti şərtlərini asanlaşdırdı

Real sektorun inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı iri korporativ layihələri maliyyələşdirməklə yanaşı, kiçik və orta sahibkarların (KOS) maliyyə vəsaitlərinə çıxış imkanlarını da genişləndirmək üçün KOS kreditlərinin şərtlərində müəyyən dəyişikliklər edib.

Həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar müxtəlif KOS layihələrinin maliyyələşdirilməsi üçün kreditləri Azərbaycan Beynəlxalq Bankından indi daha sərfəli şərtlərlə ala bilərlər: 

- Maksimal məbləğ: 5 000 000 AZN (və ya USD/EUR ekvivalentlərində)

- Faiz dərəcəsi: AZN-lə 14%, USD və EUR-la 7%-dən başlayaraq

- Müddət: 84 ayadək

Azərbaycan Beynəlxalq Bankı sahibkarların arzusundan asılı olaraq kredit borcunun annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib:

“Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni müştəri seqmentidir. Onların təqdim etdikləri biznes layihələrinin daha əlverişli şərtlərlə maliyyələşdirilməsi siyasətini bundan sonra da davam etdirəcəyik. Sahibkarlara kredit xətlərinin açılması, ekspress-kredit, subsidiyalı (güzəştli) kredit, kənd təsərrüfatına dəstək krediti kimi yeni imkanlarımızı mütəmadi olaraq müştərilərimizlə bölüşəcəyik”. 

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
585

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər