Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza

17:05 - 19 / 07 / 2018
Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Moldova vətəndaşı Petroviç Sergey Aksentiyeviçin CM-nin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü (elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, ittiham aktına əsasən, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvü Petroviç Sergey Aksentiyeviç Azərbaycan hüdudularından kənarda saxlanılıb.

Ötən il dekabrın 30-da o, Azərbaycana ekstradisiya edilib.

Müəyyən edilib ki, Sergey Petroviç bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

S.Xankişiyeva

Paylaş:
436

Son xəbərlər

Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47
Bütün xəbərlər