Azad Rəhimov: “Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik” | 1news.az | Xəbərlər
FORMULA 1

Azad Rəhimov: “Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik”

12:49 - 26 / 06 / 2017
Azad Rəhimov: “Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik”

“Qran-Pri yarışı gözlədiyimiz kimi yüksək səviyyədə keçdi. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Bakıda ardıcıl ikinci dəfə “Formula-1” üzrə keçirilən Qran-pri turnirini dəyərləndirərkən deyib.

Nazirin sözlərinə görə, bu dəfə Azərbaycan Qran-Prisi adlanan yarış yüksək təşkilatçılığı ilə fərqlənib:

“Birinci Avropa Qran-Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artım qeydə alındı. Demək olar ki, bütün biletlər satılıb. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur.

Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdır. Onlardan biri odu ki, hazırda tvitterdəki haştaqlara görə AzerbaijanGP dünyada birinci yerdədir. Bakı isə 4-cüdür.

Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. İndiyədək Azərbaycanla bağlı bir dənə də olsun məlumat belə yazmayan NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Növbəti illərdə də Formula-1 üzrə Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Qran-prisini qalibi Daniel Rikkardo (“Red Bull”) olub.

Babək Cahandarov

Paylaş:
1390

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər