Azərbaycanlı aktyor xərçəng xəstəsi olan həyat yoldaşını “öldürdü” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı aktyor xərçəng xəstəsi olan həyat yoldaşını “öldürdü” – FOTO

15:30 - 10 / 08 / 2017
Azərbaycanlı aktyor xərçəng xəstəsi olan həyat yoldaşını “öldürdü” – FOTO

“Maşın” şounun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarov bu gün PrimeTime.Az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyib.

1news.az-ın məlumatına görə, S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: “Çox pisəm. İki övladım anasız qaldı”.

Bir qədər sonra aktyorun bacısı Vəfa Xanlarova adıçəkilən sayta zəng edərək məlumatın doğru olmadığını bildirib. Qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmədiyini deyən V.Xanlarova onun bu hərəkətini pisləyib:

“Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Sonradan S.Xanlarov həyat yoldaşının ölümü ilə reklam olunması xəbərlərinə aydınlıq gətirərək rəhmətə gedən şəxsin həyat yoldaşı deyil, sevgilisi olduğunu bildirib:

 “Rəhmətə gedən mənim həyat yoldaşım deyil, sevgilimdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sosial şəbəkə istifadəçiləri yazır ki, arvadının ölümü barədə xəbər yayaraq özünü reklam edir. Kimin nəyinə lazımdır? Nə deyirəm, nə danışıram özüm bilərəm.

Həyat yoldaşım sağ-salamatdır, övladlarımın yanındadır. Niyə ölsün ki?! İki balam var”.

Babək Cahandarov

Paylaş:
53708

Son xəbərlər

Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23
Bütün xəbərlər