Azərbaycanda Film Komissiyasının yaradılması mövzsuunda təqdimat keçirilib | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanda Film Komissiyasının yaradılması mövzsuunda təqdimat keçirilib

17:16 - 26 / 07 / 2017
 Azərbaycanda Film Komissiyasının yaradılması mövzsuunda təqdimat keçirilib

British Council 2015-ci ilin aprel ayından etibarən Azərbaycanda həyata keçirdiyi Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılması mövzusunda təqdimat keçirib.

1news.az xəbər verir ki,  kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi Azərbaycanda mədəniyyət sahəsində aparılan davamlı islahatlar sırasında prioritet istiqamətlərdən biri hesab olunur.

Film Komissiyasının yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. Bu məqsədlə, cənab Fikrin Bəktaşi Avropa İttifaqının üç seçilmiş üzv ölkələrinə səfər edib, orada fəaliyyət göstərən Film Komissiyaları və dövlət orqanları ilə görüşlər keçirib, mövcud olan müxtəlif Film Komissiyası modellərinə dair müfəssəl məlumat toplayıb və müqayisəli araşdırma aparıb.

Film Komissiyası modelinin tətbiqi ətrafında ilkin fikir mübadiləsinin aparılması məqsədilə bugün Nizami Kino Mərkəzində cənab Fikrin Bəktaşi tərəfindən təqdimat keçirilib. Tədbirdə British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və  İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov, “Azərbaycanfilm” kinostudiyasının direktoru cənab Müşfiq Hətəmov, “Narimanfilm” kinokompaniyası rəhbəri Nəriman Məmmədov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rejissorlar Gildiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak ediblər.

Təqdimat zamanı açılış nitqi ilə çıxış edən British Council-ın Azərbaycan üzrə direktoru xanım Elizabet Vayt British Council-ın Azərbaycanda mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən, eləcə də Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində Film Komissiyası modelinin yaradılmasının ölkədə film sənayesinin inkişafına verəcəyi töhfələrdən bəhs edib.

Təqdimat zamanı mədəniyyət üzrə ekspert Fikrin Bəktaşi bildirib: “Avropa İttifaqının əksər üzv ölkələri Film Komissiyası yaratmaqla xarici kinematoqrafçıları öz ölkələrində film çəkməyə həvəsləndirməyə nail olublar. Nəticədə Aİ-nin dövlətlərində kino sahəsinə alternativ investisiyaların yatırılmasına, xarici kinematoqrafçılarla yerli kino peşəkarları arasındakı iş birliklərinin genişləndirilməsinə, regionlarda turizmin inkişafına və regionlarda yeni iş yerlərinin yaradılmasına nail olublar. Avropa təcrübəsini əsas alaraq ölkəmizdə də Film Komissiyası modelinin yaradılmasının Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi baxımından əvəzsiz rolu olacağını düşünürük”.

Tədbirin sonunda media nümayəndələrin və iştirakçıları təklif və təşəbbüsləri qeyd edilib, sualları cavablandırılıb.

P.Sultanova

 

Paylaş:
1319

Sizin üçün xəbərlər

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər