Aydın Əhmədov: Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir – FOTO  | 1news.az | Xəbərlər
Müsahibə

Aydın Əhmədov: Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir – FOTO 

12:20 - 26 / 09 / 2018
Aydın Əhmədov: Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir – FOTO 

1news.az-ın BF Travel, Euro Fly Travel turizm şirkərlərinin təsisçisi Aydın Əhmədovla müsahibəsi:

Aydın Əhmədov 1989-cu ildə Bakıda anadan olub. Turizm sahəsində fəaliyyətə 2015-ci ildə başlayıb.

- Ölkənin turizm sənayesi üçün ilin birinci yarısının nəticələrini necə qiymətləndirərdiniz?

- İlk öncə fürsətdən istifadə edərək, 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bu sahədə çalışan hər bir əməkdaşı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirəm.

Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Beynəlxalq turizm dövlətlərarası müqavilələr və münasibətlərlə tənzimlənir. Bu zaman müqavilə predmeti turistlərin motivi, onların sosial və iqtisadi xarakteristikası, davranışı və turizm məhsuluna marketinq tələbatı əsas rolu oynayır. Ona görə də, turist axınlarını dövlətlərarası ümumirazılaşma və standartlara uyğun davranış qaydalarını müəyyənləşdirir.

Beynəlxalq turizm fəaliyyəti, inteqrasiya şəraiti olmaqla, beynəlxalq gəlir gətirmək və ölkədə olan resursları xarici istehlakçılara vermək formasıdır. Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədi ilə son dövrlər bu istiqamətdə görülən işlər, turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi turizm sənayesinin inkişafına böyük tövhə verib.

Bu gün dünya telekommunikasiya sahəsində gedən dinamik inkişaf bir çox sahələrdə ciddi irəliləyişlərin əldə edilməsinə şərait yaradıb. Turizmin inkişafının dünyəviliyi, onun istehlakçılarının bütün dünya əhalisinin olması və çoxşaxəli istehlak seqmentlərinin xüsusiyyətləri ilə müəyyənləşdirilir. Məhz, bu məsələlərin həllində İKT sahəsindən istifadə, qeyd olunan məsələlərin çözülməsinə zəmin yaradır və Azərbaycan üçün də aktuallıq kəsb edir. Ölkəmizdə İKT sahəsində yeni istiqamətlər formalaşmaqdadır. Hazırda ölkə üzrə fəaliyyət göstərən turizm şirkətləri və hotellər öz internet resurslarını yaratmaqla beynəlxalq “Hoteltoweb” online rezervasiya və satış texnologiyaları sisteminə qoşulub.

Müasir dövrdə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin yaradılması məqsədilə turizm sahəsində bir çox tədbirlər həyata keçirilir. Təsadufi deyil ki, bu il sentyabrın 27-də Macarıstanda “Dünya Turizm Günü”nü ilə əlaqədar keçirilən tədbir “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunub. Eyni zamanda Azərbaycanda iqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olub, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaradıb. Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə, qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir və biz sahibkarlar üçün yeni prespektivlər açaraq, işimizin kefiyyətinin müasir standartlara uyğun təkminləşdirilməsi üçün zəmin yaradır.

- Son dövrlər Azərbaycan turizm sahəsində hiss olunacaq qədər müsbət dəyişikliklər baş verir, ölkəmizn turizm sektoru yeni mərhələyə qədəm qoyur və ölkəmizə türistlərin axını artır. Bunun əsas səbəbləri hansılardır?

- Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilib. Turistlər niyə Azərbaycanı seçir? Bu sual bir çox məqamlara toxunmağa zəmin yaradır. Azərbaycan turizm üçün hər baxımdan cəlbedici məkandır. Gözəl təbiət, misilsiz tarixi abidələr, fərqli mətbəx, qonaqpərvərlik, dövlət tərəfindən bu sahəyə ayrılan diqqət, sahibkarlara yaradılan şərait, viza sisteminin sadələşdirilməsi verilən sualın bir qismini cavablandırır...

Lakin, bütün bunlarla yanaşı ölkənin diplomatik əlaqələri, xarici siyasətdəki mövqeyi ən mühüm şərtlərdəndir. Turizm sahəsinin inkişafında, ümumi iqtisadi, texniki və sosial nailiyyətlərin birbaşa təsiri mövcuddur. Milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyətlərdən biri həyata keçirilən idarəetmə strategiyasının, strateji kursun səmərəlilik səviyyəsidir. Bu kontekstdə hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir.

Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imici, Azərbaycanın dünyada sabitlik adası kimi xarakterizəsi, ölkəmizə marağın artmasına səbəb olur və turizm sahəsinin də inkişafına zəmin yaradır. Bütün bunlar isə ölkə rəhbərinin düşünülmüş, uzaqgörən siyasəti, müəyyənləşdirdiyi güclü diplomatiyası sayəsində əldə olunur və Azərbaycana beynəlxalq miqyasda böyük nüfuz qazandırır.

Məhz, bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycana təşrif buyuran hər bir qonaq əmindir ki, burada yüksək xidmət, qonaqpərvərliklə yanaşı, təhlükəsiz və xoş mühitlə qarşılaşacaq, eyni zamanda gözəl istirahətdən zövq alacaqdır.

- Azərbaycanın turizm imkanlarını necə qiymətləndirərdiniz?

- Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan, dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Qeyd etmək yerinə düşər ki, Azərbaycan çox nadir, təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyyatlarının öyrənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar.

Bu məsələdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafının vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə xüsusi diqqət yetirərək qeyd edib ki: “Azərbaycandakı kurort mərkəzləri dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır! Bu ölkəmizə həm yeni investisiyalar gətirəcək, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir”.

Turizm tələbinin ödənilməsi üçün lazım olan müxtəlif xidmətlər yeni iş yerləri üçün mənbə rolunu oynayan fəaliyyət növləri yaradır. Bu səbəbdən turizm inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə sosial inkişafın vacib elementi hesab olunur. Regionlar, eləcə də ümumilikdə ölkə üzrə potensial imkanlardan tam və səmərəli istifadə, bu imkanları ölkənin milli maraqları çərçivəsində yerli və xarici turistlərin cəlb edilməsinə yönəldilməsi qarşıda duran başlıca vəzifələr kimi qəbul edilməlidir. Turizmin regionlarda inkişafı bu müəssisələrin səmərəli fəaliyyəti, onların hər birinin turist məqsədilə istehsal etdiyi məhsulun həcmi, iş yerlərinin təşkili və həmçinin yaratdığı infrastruktur sferası ilə müəyyənləşir.

Sözsüz ki, bütün bu imkanlardan istifadə üçün, fəaliyyət göstərdiyin ölkədə əlverişi biznes mühütinin yaradılması və dövlətin dəstəyi əsas şərtdir. Çox sevindirici haldır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasında əhəmiyyətli rol oynayır.

Respublikamızda sahibkarlar üçün mövcud olan şərait dünyanın çox az ölkəsində müşahidə etmək mümkündür. Məhz bu baxımdan da Azərbaycanın bugünkü uğurlarına sahibkarlar ordusu da töhfələr verməyə çalışır və dövlət başçısının tövsiyyələri əsasında fəaliyyət istiqamətini inkişaf etdirərək, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün əllərindən gələni əsirgəməməyi əsas prioritet kimi qarşısıya qoyur.

- Şəxsi biznesinizi necə qurdunuz?

- Hər hansısa işə başlamazdan əvvəl insan ilk öncə özünün potensialını və bacarıqlarını təhlil edərək, düzgün yol seçmək və düzgün qərarlar vermək gücündə olmalıdır. Buna daxili gücdə deyilir. Eyni zamanda özünə inam, hər hansı bir addımı atmaq üçün açar rolunu oynayır. Təhsilimi bitirdikdən sonar ixtisasım üzrə BP-də işə başladım. Bilirsiniz ki, ilk iş yeri və əldə olunan təcrübə, insanın gələcək iş həyatında mühüm rol oynayır. Təcrübə topladıqca, eyni zamanda müxtəlif sahələrlə maraqlanır və öz işimi qurmaq haqqında düşünürdüm və həmin sahələr üzrə biliklər əldə edir, biznes plan üzərində işləyirdim.

Beləcə turizm sahəsi məni özünə daha çox cəlb etdi və müxtəlif turizm şirkətlərində çalışmağa başladım. 2015-ci ildə isə ilk şirkətimi açdım. Biznes həyatınında qarşımıza çıxan çətinliklər bizi yolumuzdan döndərmədi, dayanmadan çalışmaq və əldə etdiyimiz uğurlar, açılan yeni ofislər bugünkü mənzərəni yaratdı. Biznesdə və ya istənilən bir işdə uğur qazana bilmək üçün sadəcə peşəni sevmək kifayət etmir, eyni zamanda, çalışmaq əzmi, həmin sahədə baş verən yenilikləri izləmək, hər gün öyrənmək və saatlara deyil, nəticələrə əsaslanaraq, yorulmadan fəaliyyət göstərmək lazımdır.

Arzuları reallaşdırmaq üçün davamlı olaraq çalışmalı və maneələri dəf etməlisiniz. Hər zaman müsbət nəticə olmaya bilər, lakin, bundan sınmaq, geri çəkilmək, məyyus olmağa dəyməz. Əksinə, etdiyin səhvlərdən nəticə çıxararaq, daha inamla addımlamaq cəsarətini özündə tapmaq lazımdır. Ən əsas isə güclü və işinin peşəkarı olan kollektivlə birgə əməkdaşılq edərək, onlardan gələn ideyalara açıq olmaqdır. Planlaşdırdığınız işin və ya hər hansı bir layihənin hər bir addımını dəqiqliyi ilə müəyyən edin və bu barədə əməkdaşlarınıza söyləməkdən çəkinməməlisiniz. Çünki, əlbirliyi ilə görülən işin və digər insanların da kənar baxışı çox əhəmiyyətlidir. Bax bu zaman, müsbət nəticə əldə etmək olar.

Bu, bizim şirkətin uğur açarıdır!

- Bu gün şirkətinizin qarşısında duran məqsədlər hansılardır?

- Erl Naytinqeylin gözəl bir kəlamı var: “Nəyi istədiklərini bilən, öz məqsədlərinə çatmaq üçün hədəflərini müəyyən edən insanlar daha iradəli və xoşbəxt insanlardır. Bu yeni bir strategiya deyil. Bunu demək olar ki, hər kəs bilir. Önəmli olan kimin necə bir yol seçməsidir”.

Bizim şirkətimizin əsas hədəfi və seçkidiyi yol ölkəmizi beynəlxalq səviyyədə layiqinçə təmsil etmək, eyni zamanda Azərbaycana təşrif buyuran qonaqlara yüksək xidmət göstərərək mənmun etməkdir. Azərbaycan həm coğrafi mövqeyi və iqlimi, həm də sahib olduğu təbii sərvətləri baxımından böyük üstünlüyə malikdir. Ölkənin turizm sahəsində inkişafı və onun beynəlxalq aləmdə təmsili öhdəliyi milli turizm təşkilatlarının payına düşür.

Buna görə də beynəlxalq turizm əlaqələrinin yaradılması prosesində əsas öhdəlik milli turizm təşkilatlarındadır. Ölkənin turizm sisteminin inkişafı və fəaliyyəti turizm şirkətləri tərəfindən tənzimlənir və turizm sisteminin inkişafında müstəsna rol oynayırlar. Turizm sahəsinə informasiya texnologiyaları və informasiya sistemlərinin tətbiqi turizm inkişafının yeni aspektlərinin formalaşmasına səbəb olur. İnformasiya texnologiyası turizmi insanın həyat fəaliyyətində əsas yerlərdən birinə çevrilməsinə yaxınlaşdırır. Bizdə mütəzəm olaraq innovativ yeniliklərdən istifadə edərək, fəaliyyətimizi bu istiqamətdə qurur və ölkəmizin təqdimatını yüksək səviyyədə təmsil etməyə çalışırıq.

Çünki, turizmin ölkə iqtisadiyyatının tədiyyə balansında rolu çox böyük əhəmiyyətə malikdir və beynəlxalq əmək bölgüsünə müsbət təsir göstərir. İqtisadiyyatın, həmçinin millətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan üzərimizə düşən məsuliyyəti hiss edir, müasir standartlara cavab verən, yüksək xidmət təqdim edən, eyni zamanda turizm axınına yol açan planlarımızla fəaliyyət göstərir və əldə etdiyimiz uğurlarımızla dövlətimizə və dövlətçiliyimizə töhfə verməyə çalışırıq.

1news.az

Paylaş:
2767

Sizin üçün xəbərlər

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər