“Arsenal”da Venger erasının sonu | 1news.az | Xəbərlər
Futbol

“Arsenal”da Venger erasının sonu

16:38 - 20 / 04 / 2018
“Arsenal”da Venger erasının sonu

“Arsenal”ın baş məşqçisi Arsen Vengerin mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, fransız mütəxəssisin vida məktubu London klubunun saytında yerləşdirilib.

Məktubda qeyd olunub: “Diqqətlə düşündükdən və klubla apardığımız danışıqlardan sonra mənim üçün ən münasib zamanda - mövsümün sonunda ayrılmaq qərarına gəldim. Uzun illər bu kluba xidmət etmək şərəfinə nail olduğum üçün minnətdarlıq duyuram. Sədaqətlə və dürüst bir şəkildə klubu idarə etməyə çalışdım.

“Arsenal”a xidmət edən hər kəsə, oyunçulara, direktorlara və bu klubu xüsusi klub halına gətirən azarkeşlərə təşəkkür edirəm. Azarkeşlərimizi klubu dəstəkləməyə çağırıram. Bütün “Arsenal” sevərlər, klubun dəyərlərinin qeydinə qalın. Sevgim və dəstəyim həmişə sizinlə olacaq”.

Qeyd edək ki, 1996-cı ildən “Arsenal”a rəhbərlik edən Arsen Venger bu dövr ərzində 3 dəfə İngiltərə Premyer Liqasının, 7 dəfə Federasiya Kubokunun və 7 dəfə İngiltərə Superkubokunun qalibi olub.

1news.az

Paylaş:
509

Son xəbərlər

Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10
Bütün xəbərlər