Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir | 1news.az | Xəbərlər
Siyasət

Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

13:22 - 22 / 01 / 2018
Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke arasında görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya–Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, bu əlaqələr həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir. Yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir. Ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, insan haqları, demokratiya sahələrində yaxşı əməkdaşlıq mövcuddur.

Azərbaycan Milli Məclisi ilə Almaniya Bundestaqı arasında da əlaqələrin yüksək səviyyədə olduğunu deyən deputata bildirib ki, Almaniya hökuməti və xalqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası, beynəlxalq hüquqa əsaslanmış mövqeyi bizi sevindirir.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke bildirib ki, iki ölkə arasında münasibətlər dinamik inkişaf şəkildə inkişaf edir. O, bu səfərinin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Almaniyanın Azərbaycan ilə əməkdaşlığa çox böyük önəm verdiyini deyən qonaq bildirib ki, Azərbaycan Almaniyanın Qafqazdakı çox vacib iqtisadi tərəfdaşdır. Bundan əlavə, iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsi əhəmiyyətlidir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Andreas Peşke qeyd edib ki, Almaniya bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi inkişafı haqqında ətraflı məlumat verilib. Tərəflər münasibətlərin yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir mübadilələrinin vacibliyini vurğulayıblar.

1news.az

 

Paylaş:
535

Son xəbərlər

Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42
Bütün xəbərlər