700 bal toplayan Jalə: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi BANM-ı seçdim” | 1news.az | Xəbərlər
Müsahibə

700 bal toplayan Jalə: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi BANM-ı seçdim”

10:17 - 04 / 01 / 2018
700 bal toplayan Jalə: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi BANM-ı seçdim”

Jalə, bu il qəbul imtahanlarında 700 bal toplayan daha bir fəxrimiz sənsən. Özünü qısa oxucularımıza tanıt.

- Mən Jalə Məmmədova, 10 iyul 2000-ci ildə  Ağsu rayonunda anadan olmuşam. 2006-cı ildə Xirdalan şəhərində 5 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Oxuduğum illər ərzində bütün fənlər üzrə seçilmişəm, 2017-ci ildə eyni adlı məktəbi Fərqlənmə attestatı ilə bitirmişəm.

- İndiyədək əldə etdiyin uğurların arasında hansı sənə daha qürurverici olub ?

- Həyatimda fəxr etdiyim anlar təbii ki çox olub. Ümumiyyətlə, 2017-ci il mənim üçün həm çox həyəcanlı, həm də çox qürurverici bir il oldu. Düzü, may ayında keçirilən qəbul imtahanında 695 bal topladım. Amma həvəsdən düşmədim, 2-ci yay qəbul imtahanına daha əzmlə hazırlaşdım. Nəhayət ikinci imtahanda 700 bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görüldüm. Bax bu ən çox fəxr etdiyim uğurdur.

- Maraqlıdır necə oldu ki məhz Bakı Ali Neft Məktəbini seçdin?

-Təbii ki, mən də imtahandan sonra seçdiyim ixtisas üzrə harada daha yaxşı təhsil ala biləcəyimi araşdırdım. Öyrəndim ki, ikili diplom, ingilis dilində təhsil, istehsalat təcrübə proqramları, məzun olduqdan sonra işə düzələ bilmək imkanları – bunların hamısının bir ünvanda ola biləcəyi yer yalnız BANM-dir. Ona görə də çox düşünmədim, seçimimi etdim.  İndi artıq BANM ailəsinin bir üzvüyəm. Düşünürəm elə yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim.

- Jalə, nəticələrin göstərir ki sən öz məqsədinə nail ola bilirsən, sənin fikrincə, bir tələbə öz məqsədinə nail olmaq üçün nə etməlidir?

- Məncə, hər birimiz üçün məqsədə çatmaqda ən böyük dəstək  ailəmizdən gəlir.  Həmçinin yaxşı dostlarımız və bizi dəstəkləyən müəllimlərimiz də irəliyə doğru addımlamaqda kömək edirlər. Ona görə də düşünürəm tələbə öz məqsədinə nail olmaq üçün yaxınlarından daim məsləhət almalıdır.

 - İnsanının irəliləməsi üçün mütləq motivasiya lazımdır, bəs Jaləni adətən kim və ya nə motivasiya edir?

- Məni ən çox motivasiya edən amil məqsədimə nail olduqdan sonra yaşadığım hisslərdir. Zəhmətinin bəhrəsini görmək, bununla da həm özünü, həm də yaxınlarını sevindirmək bir bilsəniz necə gözəl hissdir.

- Jalə, əminəm ki sənin bu müsahibəni çoxlu sayda abituriyent oxuyacaq, bəs sən onlara nə məsləhət verərdin?

- Düzdür, indiyədək mənə çox abituriyent sual verib və mən demək olar ki, hamıya eyni sözləri deyirəm. Mən belə hesab edirəm ki, hər bir abituriyent ali məktəbə sənəd verməzdən əvvəl öz maraqları ilə oxumaq istədiyi ali təhsil ocağının imkanlarını müqayisə etməlidir. Özünə uyğun yeri tapmaq uğura gedən yolda ilk addımdır. Bu gün mən çox rahatam ki,  ilk addımımı BANM-lə atmışam.

1news.az   

 

Paylaş:
1937

Sizin üçün xəbərlər

Son xəbərlər

Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13
Bütün xəbərlər