700 bal toplamış BANM tələbəsi: Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

700 bal toplamış BANM tələbəsi: Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi

10:32 - 07 / 12 / 2017
700 bal toplamış BANM tələbəsi: Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi

Bakı Ali Neft Məktəbinin 700 bal toplamış tələbəsi  Xalidə Əliyevanın müsahibsi

- Xalidə, bir az özün haqqında danış,səni tanıyaq

- Mən, Əliyeva Xalidə 2000-ci il 6 yanvar tarixində Lənkəran şəhərində anadan olmuşam. 2007-ci ildən etibarən orta təhsilimin ilk 5 ilini Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyində, növbəti 3 ilini Lənkəran şəhər 4 saylı məktəb-liseydə, son 3 ilini Bakı şəhər 220 saylı məktəb-liseydə tamamlamışam. 2017-ci ildə Tələbə Qəbulu üzrə Dövlət İmtahan Mərkəzinin keçirdiyi 1-ci qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışam.

- İndiyədək özünlə fəxr etdiyin hansı nailiyyətin olub?

- Təbii ki, qəbul imtahanında əldə etdiyim maksimal nəticə mənim indiyədək əldə etdiyim ən böyük uğurlarımdandır. Lakin məndə qürur hissi oyadan ən böyük uğurum Bakı Ali Neft Məktəbi ailəsinə daxil olmağımdır. Çünki düşünürəm ki, parlaq gələcəyə aparan yol sağlam addımlardan keçir və mən bu ali məktəbi seçməklə ən düzgün qərarı vermişəm. Bundan başqa Prezident təqaüdünə layiq görülməyimi də uğur olaraq qeyd edə bilərəm. Cənab Prezidentin sərəncamında öz adımı görəndə dünyanın ən xöşbəxt adamı idim.

- Maraqlıdır, ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdiniz?

- Bu belə oldu ki, ixtisasımı dəqiqləşdirən kimi fikrimdə özümə bu sualları verdim: Seçəcəyin ali məktəbdən gözləntilərin nələrdir? Ali məktəbi bitidikdən sonra karyera imkanlarım necə olacaq? " və s. Məhz həmin suallar və onların cavabları məni yalnız bir ünvana - Bakı Ali Neft Məktəbinə istiqamətləndirdi. BANM-ə qoşulduqdan sonra əmin oldum ki, həqiqətən tələbələrə yüksək keyfiyyətli və hərtərəfli təhsil verilir. Ən əsası tələbələrdə həyata başqa perspektivdən baxmaq qabiliyyəti aşılanır. BANM öz üstünlükləri ilə mənə parlaq gələcək və uğur dolu bir həyat vəd edir. Buna görə çox sevinirəm.

- BANM-i bitirdikdən sonra özünü harada görürsən?

- Bakalavr pilləsini başa vurduqdan sonra ali təhsilimi magistr pilləsində davam etdirmək istəyirəm. Ən böyük məqsədim isə ölkəmi beynəlxalq arenada təmsil etmək və ixtisasım üzrə bir ilkə imza atmaqdır.

- Xalidə, səni həyatda ən çox motivasiya edən nədir?

- Məni həyatda ən çox motivasiya edən ailəmin və sevdiklərimin mənə olan sevgisi, inamı və dəstəyidir.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

- Onlara demək istərdim ki, özlərini hansı sahədə xəyal edirlərsə həmin sahə üzrə təhsil alsınlar. Həyatdan nə istədiklərini bilmək onları uğura aparmağa kömək edəcək. Elə məndə də belə oldu. Əvvəlcədən mühəndis olacağımı və BANM-də təhsil alacağımı müəyyən eləmişdim. Onda görə bu gün uğura aparan yolla addımlayıram.

1news.az  

 

 

 

Paylaş:
500

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər