2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib - FOTO

10:48 - 15 / 01 / 2018
2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib  - FOTO

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib.

1news.az-a Limandan verilən xəbərə görə, ümumi yük daşımanın (neft terminalı xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb və yük mübadiləsinin 85.7%-i tranzit yük daşımaların payına düşüb.

2017-ci ildə nəzərəçarpacaq artım dəmiryolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493 (41.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13.1%) Bakı-Aktau-Bakı istiqamətində,    21 062 vaqon (45.1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurik Limanı (Bakı-Kurik-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41.4% artaraq 33 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21.4% artaraq 28 584 ədəd olub. Bunlardan 18 840 ədədi (65.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9 716 ədədi (34.0%) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0.1%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib. Bunlardan 8447 TEU (55%) Qazaxıstan limanları, 6890 TEU (45%) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67.8% və ya 10 397 TEU yeni Bakı Limanın Bərə terminalı, 32.2% və ya 4940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən Əsas yük terminalı vasitəsi ilə daşınıb. 

Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% artaraq 607.7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin  payına düşüb.

Qeyd edəki ki, 2018-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Ro-Ro terminalının açılışı həyata keçirilib. Ən müasir texniki tələblərə uyğun tikilən terminal 2 körpüdən ibarət olmaqla ildə 60 min TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanına malikdir. Yeni Bakı Limanının inşasının ikinci fazasının bitməsi ilə yükaşırma potensialı 25 milyon ton yük, o cümlədən   500 000 TEU olacaq.

S.Xankişiyeva

Paylaş:
2064

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər