Ekspert Araz Aslanlı: “Ankaradakı terror aktında kənar qüvvələrin iştirakını istisna etmirəm” | 1news.az | Xəbərlər
Köşə

Ekspert Araz Aslanlı: “Ankaradakı terror aktında kənar qüvvələrin iştirakını istisna etmirəm”

17:19 - 14 / 03 / 2016
Ekspert Araz Aslanlı: “Ankaradakı terror aktında kənar qüvvələrin iştirakını istisna etmirəm”

Son iki ay ərzində Türkiyənin paytaxtında baş verən terror aktları  dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib.

Məlumat verildiyi kimi Ankaranın mərkəzində bu yaxınlarda baş verən terror aktı nəticəsində 30-dan çox insan həlak olub, 125 nəfər isə ağır xəsarətlər alıb.

Partlayış bazar günü axşam saatlarında Türkiyə baş nazirinin ofislərindən birinin yaxınlığındakı avtobus dayanacağında insanların daha çox olduğa zaman baş verib. Polisin ilkin versiyasına görə partlayışın səbəbi minalanmış avtomobilin iki avtobus arasından keçərkən alışması olub.

Reuters agentliyindən xəbər verilib ki, partlayış Kürdüstan Fəhlə Partiyası (KFP) yaxud ona yaxın təşkilatların əli ilə  təşkil oluna bilərdi. Daha sonra terror aktını törədən qızın şəxsiyyəti müəyyənləşib.

Bu Balıkesir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olub.

Məlumat verilir ki, hazırda bu tələbə və onun 2 rəfiqəsi ilə bağlı cinayət işi açılıb. Səhər Çağla Dəmir, rəfiqələri, tələbə bacılar- Həmidə Kader, Sureya Saklı, Yeşim Akyürek PKK terror təşkilatı ilə əlbir olmaqda ittiham olunurlar.

Bu dəhşətli hadisəni şərh etməsi üçün Qafqaz Beynəlxalq münasibətlər və strateji tədqiqatlar mərkəzinin Türkiyə üzrə eksperti Araz Aslanlıya müraciət etdik.

“Ankarada baş verənləri bir sıra faktorları nəzərə alaraq qiymətləndirmək olar. Bunların əsasında isə ölkənin dövlət təhlükəsizliyi səviyyəsinin zəifləməsi durur”,- Aslanlı bildirib.

Ekspertin fikrincə, polis və ordu arasında müəyyən dəyişikliklər, həmçinin, Türkiyə kəşfiyyatındakı struktur dəyişikliklər ölkənin təhlükəsizlik sisteminə o qədər də yaxşı təsir etmədi.

“Bu vacib məqam terrorçulara öz qanlı əməllərini həyata keçirməyə əlavə imkanlar yaratdı. Hakimiyyət bəzi prosesləri mümkün qədər neytrallaşdırmağa və vəziyyəti nəzarət altında saxlamağa çalışır. Lakin göründüyü kimi terrorçuların əməlləri aşkar görünən ardıcıllıqla təkrarlanır və bu həyəcan işarəsidir. İndi Türkiyə hökuməti eyni anda bir neçə problemlə, həm ölkə daxilində, həm xaricində baş verən problemlə qarşılaşıb. Bu isə Türkiyənin stabil və güclü dövlət olmasında maraqlı olmayan qüvvələrin xeyrinədir. Həmin qüvvələr kütlə arasına qarışıqlıq salmağa hazırdır”, - politoloq deyib.

Aslanlının fikrincə onu da unutmaq olmaz ki, Türkiyə regionun qonşu dövlətləri və bəzi qərb dövlətləri ilə  münasibətdə ciddi problemlər yaşayır. Onların ölkə daxilində baş verən proseslərdə əli ola bilər.

“Bu yaxında baş verən terror aktında konkter hansı ölkənin iştirak etdiyini demək çətindir. Lakin aydındır ki, heç bir terror təşkilatı belə böyük həcmli qalı aksiyanı  nüfuzlu qüvvələrin dəstəyi olmadan həyata keçirə bilməzdi”.Hesab edirəm ki, baş verən terror aktında ölkənin daxilində çaxnaşma yaratmağa maraqlı olan müəyyən xarici qüvvələrin iştirakı mümkündür”, - ekspert bəyan edib.

Daha sonra politoloq heç də az əhəmiyyətli olmayan fakta diqqət yetirib:

“Yaxın Şərq regionundan qaçqınların kütləvi axını bu qüvvələrə yardımçı olur. Belə ki, miqrantlar arasında suriya müharibəsində təlim keçmiş döyüşçülər, eləcə də terror təşkilatları ilə əlaqəsi olanlar var. Çox güman ki, təşkilatçılar terror əməliyytaları üçün bu insanları cəlb edə bilərlər”.

Ekspert Ankarada baş verən faciənin Prezident R.T.Ərdoğanın Azərbaycan səfəri ərəfədsində sabah – martın 15-də keçiriləcəyinə diqqəti cəlb edib.

Lakin səfər artıq ikinci dəfədir ki, təxirə salınır. Və ikinci dəfə də paytaxtda baş verən terror hadisəsindən sonra təxirə salınır.

Qeyd edək ki, Türkiyə liderinin Azərbaycana səfərinin məqsədi  Rəcəb Tayyib Ərdoğab və İham Əliyevin sədrliyi ilə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir.

İclas çərçivəsində ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafının müxtəlif aspektləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr gözlənilir.

Aslanlının fikrincə, Ərdoğanın Azərbaycana səfəri ərəfəsində Ankarada baş verən hər iki terror hadisəsi bir-biri ilə birbaşa əlaqəsi var.  

“Hesab edirəm ki, xüsusi planlaşdırılmış hər iki qanlı əməliyyatları Ankara ilə Bakının əməkdaşlığına xələl gətirmək istəyən qüvvələrinin işidir. Ölklərimiz arasında sıx qardaşlıq münasibətləri müəyyən qüvvələrin planlarına daxil deyil. Buna görə də onlar Türkiyə prezidentinin iştirakı, eləcə də Türkiyə və Azərbaycan üçün əhəmiyyətli olan irimiqyaslı tədbirə maneçilik törədirlər. Lakin, ehtimal edirəm ki, Türkiyəli qonağın görüşü gec də olsa baş tutacaq”, – Aslanlı bildirdi.

Sonda azərbaycanlı politoloq qeyd etdi ki, heç bir xarici qüvvə gü-gündən güclənən Azərbaycan-Tükiyə əməkdaşlığının inkişaf və möhkəmlənməsinə mane ola bilməyəcək.

1news.az

Mövzu ilə əlaqədar oxuyun:

Türkiyə paytaxtında güclü partlayış baş verib - FOTO

Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

Ankarada qanlı terror aktı – FOTOREPORTAJ

Ankarada baş verən partlayışda şübhəli bilinən terrorçunun kimliyi məlum oldu – FOTO – YENİLƏNİB

Beynəlxalq ictimaiyyət Ankarada baş vermiş terror aktı ilə bağlı Türk xalqına başsağlığı verib

Paylaş:
3127

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər