Rasim Musabəyov: “Nalbandyan və Sarkisyan ATƏT-in Minsk qrupunu yalnız öz ərazi iddialarını reallaşdırmaq üçün alət olaraq görür” | 1news.az | Xəbərlər
Köşə

Rasim Musabəyov: “Nalbandyan və Sarkisyan ATƏT-in Minsk qrupunu yalnız öz ərazi iddialarını reallaşdırmaq üçün alət olaraq görür”

15:24 - 10 / 03 / 2016
Rasim Musabəyov: “Nalbandyan və Sarkisyan ATƏT-in Minsk qrupunu yalnız öz ərazi iddialarını reallaşdırmaq üçün alət olaraq görür”

10 mart tarixində Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya işçi səfərə yola düşüb.

Səfər ərəfəsində Rusiyanın nüfuzli “Kommersant” qəzetinin müxbiri Ermənistan XİN rəhbəri Edvard Nalbandyandan müsahibə alıb. Çıxışı zamanı Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli ittihamlar səsləndirərək , münaqişənin həllində irəliləyişin olmamasına görə məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışıb.

Mövzu ilə əlaqədar oxuyun:

Edvard Nalbandyan Rusiyanın nüfuzlu jurnalında Bakı və Ankara əleyhinə ittihamlar səsləndirib

Bununla əlaqədar olaraq millət vəkili, politoloq Rasim Misabəyov 1news.az –ın mövzu ilə bağlı bəzi suallarını cavblandırıb.

- Cənab Musabəyov, Edvard Nalbandyanın “Azərbaycanın Madrid prinsiplərini pozur və ATƏT-in haqsız olaraq ATƏT-in Minsk qrupunu tənqid edir” fikirlərini necə şərh edərdiniz?

- Qarışıq və məntiqsiz çıxışına görə Nalbandyan indi Ermənistanın özündə də ciddi tənqid olunur. Bu dəfə də o hər zaman olduğu kimi hər şeyi baş-ayaq çevirib. Azərbaycan Minsk qrupunu fəaliyyətinin nəticəsi olmadığına , uzun zamandır arapılan danışıqların konkret qərarlarla tamamlanmadığına, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin diqqətdən kənardan qaldığına görə tənqid edir. Həmin qətnamə həm də madrid prinsipləri üçün çıxış nöqtəsidir, işğal olunmuş Azərbaycan ərazilərini azad olunması və ermənistan ordularının bu ərazidən çıxarılmasını nəzərdə tutur.

 Nalbandyan və onun havadarı Sarkisyan Madrid  prinsipləri və Minsk qrupunun vasitəçiliyini öz ərazi iddialarına alət olaraq görür. Əslində ermənilər bu və ya digər formada öz işğalçılıq əməllərini danışıqlar vatısilə leqallaşdırmağa çalışır. Əgər bu alinmasa hazirki status-kvonu qeyri müəyyən zamana qədər  qorumağa çalışır. Təəssüf ki, bu məsələdə vasitəçilər onlara tərəf yönəlir.    

Nalbandyanın sözlərini belə anlamaq olar ki, Ermənistan nə vaxta qədər davam etməyindən asılı olmayaraq Azərbaycan tərəfi onun tələblərini qəbul edənə qədər danışıqlar prosesini uzatmağa hazırdır.

Bakı isə uzanan danışıqlar prosesi əvəzinə, nəhayət ki, Ermənistanın işğal olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarmasını tələb edir. Aydındər ki, hadisələrin belə gedişatı Ermənistana əlverişli deyil. Ona görə də Madrid prinsiplərini pozur.

-Nalbadyanın iddiasına görə Qarabağ münaqişəsinin uzanmasında Ermənistan və vasitəliçər günahkar deyil..

- O oxları Azərbaycan yönəltməkdən başqa nə edə bilər? O etiraf etmir ki, Ermənistan aqressiv iddialarındanı davam etdirir , bunlar aradan qalxmadıqca heç bir tənzimləmədən söhbət gedə bilməz. Diplomatiyasız da deyə bilərik ki, Nalbandyan çox zəif və primitiv şəkildə yalan danışır.

-Müsahibəsində Nalbandyan ötəri halda Azərbaycana rus silahının satılmasından daşıb...

- Fortpost və başqasının əlinə baxan bi ölkənin öz himayədarlarına hər hansı  tələb irəli sürməyi mümkünsüzdür. Sarkisyan və Nalnabdyan yeni xahişlərdən başqa heç bir fikir irəli sürməyə çürət etməz.  

- Nazir Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunu tənqid etməsindən “ciddi narahatlığını” və Ermənistanın həmsədrlərin vasitəçilik cəhdlərini hər vasitə ilə dəstəklədiyini bildirib.

-Burada təəccüblü nə var ki? Nəticə etibarilə işğal olunan Azərbaycan əraziləridir, Ermənistan ərazisi deyil. Nəticəsiz danışıqlardan narazı qalan adətən işğal olunan ölkədir, təcavüzkar deyil. Təkrar da olsa deməliyəm ki, Ermənistan danışıqlar prosesini hazırkı işğalçılığını leqallaşdırmaq üçün bir alət olaraq görür. Hazırkı vəziyyətin qeyri- müəyyən vaxta qədər davam etməyinə razıdır. Nalbandyan hər zaman Minsk qrupu ilə Minsk qrupu həmsədrlərini bir-biri ilə qarışdırır. Bu isə eyni şey deyil.

Bakı Minsk qrupundan deyil, nəticəsiz vasitəçiliyi davam etdirən bəzi həmsədrlərdən narazlığını ifadə edir.

-Nalbandyan bəyan edib ki, Ermənistan 20 minə yaxın suriyalı qaçqını qəbul edib, amma onların işğal olunmuş Dağlıq Qarabağ ərazilərində yerləşdirilməsinin üzərindən səssiz keçdi. Məlumdur ki, Ermənistan bununla əlaqədar Avropa İttifaqına maliyyə yardım üçün müraciət edib.Bu yardımı ala biləcəkmi?

- Mümkündür ki, Suriya münaqışəsi zamanı Ermənistandan 20 minə yaxın suriya ermənisi keçib amma onların yalnız bir min nəfəri  Etmənistan ərazisində qalıb. Qaçqınların əksəriyyəti Ermənistanı Avropaya keçid  üçün tranzit olkə kimi qiymətləndirir, yalnız bir neçə yüz ailə işğal olunmuş Dağlıq Qarabağ ərazilərində yerləşməyə razılıq verib. Lakin bilirlər ki, gec ya tez bu torpaqların əsil sahibləri-azərbaycanlılar qayıdacaq. Yanğından çıxıb alova girməyin nə mənası var?

Ermənistan hər bir yolla Avropa İttifaqını qanunsuz yerləşdirmə siyasətinə qarışdırmağa çalışır. Əgər Brüssel maliyyə ayırsa və orada Suriyadan gələn ermənilərin yerləşdirilməsi üçün qəsəbə tikilsə insanlar bura gələcək. Lakin mən düşünürəm ki, Avropa İttifaqı Ermənistanın bu müraciətinin qanuna zidd olduğunu anlayır və Suriyalı qaçqınların burada yerləşdirilməsi üçün maliyyə ayırmayacaq. Həmçinin, Azərbaycan da bizim üçün həssas olan bir məsələdə Avropa Birliyi tərəfindən belə bir davranışın yolverilməz olduğunu qəti şəkildə bəyan edib.   

-Necə düşünürsünüz, Sarkisyan Moskvaya nə məqsədlə gedir? Ermənistan prezidentinin Moskvaya növbəti səfərində  hansı məsələlər müzakirə olunacaq?

- Düşünürəm ki, ilk növbədə Sarkisyan Dağlıq Qarabağ ətrafında yaranan hazırkı vəziyyəti müzakirə edəcək. Belə ki, o həll olunmayıb və gərginlik isə artmaqda davam edir. Digər tərəfdən isə Rusiyanın fortpostu olan Ermənistan əsəbi halda rusiya- türkiyə qarşıdurmasını müşahidə edir.

Ermənistan bu vəziyyətdə bir tərəfdən Türkiyə və Azərbaycana qarşı olan iddialarını həyata keçirilməsi üçün imkan olaraq baxır, lakin digər tərəfdən Rusiya və Türkiyə arasında münaqişə təhlükəli həddə çatarsa müharibə meydanına çevrilməkdən qorxur. Sarkisyan bu məsələyə müəyyən aydınlıq gətirməyə çalışacaq. Rusiya çox zaman Ermənistana aid olan fəaliyyətləri ölkə rəhbərliyini xəbərdar etmədən həyata keçirir. Məsələn, öz hərbi bazasına əlavə təyyarə və digər silahın yerləşdirilməsi buna aiddir.  Bir də təbii ki, köhnə aidətinə uyğun olaraq Sarkisyan Moskvadan pul istəyəcək. Məhz buna görə o moskvaya gedir.

1news.az

Paylaş:
1599

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər