Edvard Nalbandyan Rusiyanın nüfuzlu jurnalında Bakı və Ankara əleyhinə ittihamlar səsləndirib | 1news.az | Xəbərlər
Siyasət

Edvard Nalbandyan Rusiyanın nüfuzlu jurnalında Bakı və Ankara əleyhinə ittihamlar səsləndirib

16:18 - 09 / 03 / 2016
Edvard Nalbandyan Rusiyanın nüfuzlu jurnalında Bakı və Ankara əleyhinə ittihamlar səsləndirib

10 mart tarixində Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya gələcək.

Səfər ərəfəsində Rusiyanın nüfuzli “Kommersant” qəzetinin müxbiri Ermənistan XİN rəhbəri Edvard Nalbandyandan müsahibə alıb. Çıxışı zamanı Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli ittihamlar səsləndirərək , münaqişənin həllində irəliləyişin olmamasına görə məsuliyyəti Azərbaycanın üzərinə qoyub.

Danışıqlar prosesi haqqında

Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzlüyü madrid prinsipləri və Mins qrupunun fəaliyyətinin dəstəklənməsi gərəkdiyinə dair , bəyanatını şərh edən Nalbandyan qeyd edib ki, “Avropa İttifaqı bir neçə dəfə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur”.

Nalbandyanın sözlərinə görə Ermənistan hər zaman Minsk qrupunun səylərini yüksək qiymətləndirir. Bununla yanaşı o, bildirib ki, “tərəflərdən birinin bununla bağlı fərqli fikri var”.

Nalbandyan söyləyib ki, “Azərbaycan bu təklifləri və həmsədrləri tənqid edir”.

Vasitəçilərin işi ilk növbədə dialoqu yoluna qoymaq, görüşlərin təşkili, tərəflərin mövqelərinin yaxınlaşdırılmasıdır. Bu və ya digər tərəfə təzyiq göstərmək deyil. Qarabağ münaqişəsi elə bir münaqişədir ki, Rusiya, ABŞ, Fransa, konfliktin həllinə ümumi yaxınlaşma əldə edib.

Onlar konkret təkliflərlə çıxış edib ki bunun əsasında münaqişəni həlli yolunu tapmaq olar. Bu təkliflər bu ölkə başçılarının prezidentlərinin verdiyi bəyanatlarda öz ifadəsini tapıb. Ərmənistan onları dəstəkləyib və bildirib ki,bunların əsasında münaqişənin həllini axtarmaq üçün danışıqlara hazırdır.

Danışıqların alternativi yoxdur və biz həmsədrlərlə birgə sülh danışıqlarının aparılması istiqamətində səylərimizi davam etdirəcəyik” deyən Nalbandyan faktiki olaraq etiraf edib ki, Ermənistanın əsas məqsədi sadəcə real nəticələr əldə etmədən danışıqların imitasiyasını yaratmaqdır.

Azərbaycanın silanlanması Ermənistanı narahat edir

RF XİN-in bu günlərdə  “Ermənistan və Azərbaycanın silahlanmasının regionda balans gözlənilməklə həyata keçirilir”  bəyanatını şərh edərkən bildirib ki, “Ermənistan “regionda balansın qorunmasına səy göstərir və yeni gərginliyə imkan vermir”.

Lakin bu dəfə də o erməni hərbi qüvvələrinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisində yerləşdiyinin üzərindən keçib.

“Son illər ərzində Azərbaycan dəfələrlə öz hərbi xərclərini genişləndirib. Bizin Rusiya ilə strateji əməkdaşlığımız var. Bu, həmçinin sıx hərbi və hərbi-texniki əməkdaşlığı da nəzərdə tutur. Heç kəsə sirr deyil ki, biz ilk növbədə öz strateji müttəfiqimizdən silah alırıq və gələcəkdə də hərbi-texniki sahədə sıx əməkdaşlıq edəcəyik.Rusiyanı silah istehsalçısı kimi onu müxtəlif ölkələrə satmağı təbii prosesdir.

Lakin biz Azərbaycanın da silah almasına sevinə bilmirik. Bizə o da xoş gəlmir ki, Azərbaycan, silahı bizim tərəfdaşımızdan alır, hansı ki  Ermənistanla qarşılıqlı əlaqələr, o cümlədən KTMT çərçivəsində əlaqəyə üçün səy göstərir”-deyə Nalbandyan şikayətlənib.

“Biz heç vaxt ATƏT-in Minsk qrupunu tənqid etməmişik”

Tam miqyaslı müharibə ola bilərmi sualına cavab verən Nalbandyan Bildirib ki, Ermənistanda müharibənin münaqişənin həllində çıxış yolu olmadığı fikrini qəbul edirlər.

“Minsk qrupunun həmsədrləri neytral mövqeyi qorumağa çalışır. Ötən il bir necə ünvanlı bəyanat verməyə məcbur olublar. Bu bəyanatlarda ağır silah və artilleriyadan istifadə tənqid olunub. Atəşkəs rejimini saxlamağa və təmas xəttində atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradaılmasına çağırış var.

Bu mexanizm gələcəkdə baş verə bilən gərginliyi aradan qaldırardı. Həmçinin, həmsədrlər onları tənqid etməyə son qoymağı və sülh danışıqları planına riayət olunmasına çağırıb.

Aydındır ki, bütün bu çağırışlar Azərbaycana qarşı yönəlib. Cünki Ermənistan heç vaxt Minsk qrupunu tənqid etməyib”,- deyə o, bildirib.

Həqiqəti təhrif etməkdən çəkinməyən Nalbandyan növbəti dəfə qeyd edib ki, “Azərbaycan Ermənistanla sərhəddə silahlı təxribatları davam etdirir”. Həmçinin, Erməni nazir Azərbaycanı ittiham edərək bilrib ki, guya o, “mütəmadi olaraq  mülki obyektləri güllələyir”.

Bakı insidentlərin araşdırılması mexanizminin yaradılmasında, təmas xəttindən snayperlərin kənarlaşdırılmasında,  1994-cü il atəşin kəsilməsi ilə bağlı 3 tərəfli sazişə və 1995-ci il atəşkəs razılığına əməl etməkdən imtina edir”,- Nalbandyan deyib.

Bununla əlaqdar olan digər bir məsələnin üzərindən isə Nalbandyan sükatla keçdi. Məsələ ondadır ki, Erməni snayperləri Azərbaycan Respublikası ərazisində nə edir və nə üçün onlar digər silah növləri kimi ermənistan əraziosində deyil.

O həm də erməni işğalçı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn çoxsaylı aqressiya aktlarını da görməzdən gəlib. Məsələn çay aşağı axıdılan oyucağın içində partlayıcının olması, azyaşlı azərbaycanlı şagirdin oğurlanması, sərhədyanı ərazilərdə məktəblərin daimi güllələnməsini və şagirdlərin güllə yağışı altında məktəbə getmələrini də səssizcə gözardı etdi.

Erməni nazir elə hesab edir ki, Azərbaycan danışıqların formatını dəyişməyə və onu fərqli formata keçirməyə çalışır.

“Həmsədrlər bir neçə dəfə vurğulayıb ki, belə cəhdlər zərərlidir. Azərbaycanın həmsədrləri tənqid etməsi onu göstərir ki, o, özünü beynəlxalq ictimaiyyətə- ən azından ATƏT-ə qarşı qoyur”,- deyə , Nalbandyan söyləyib. Bu arada erməni nazir onu da unudub ki, Azərbaycan danışıqlara qarşı deyil, onların imitasiyasına qarşı çıxır, həmsədrləri danışıqlar prosesində irəliləyiş etməyə və maraqlı tərəfləri sülhlə bağlı səylərə çağırır,konfliktin  uzun illər ərzində həllunə müsbət edəyişiklik edə bilməyən beynəlxalq strukturun monopoliyasına cevrilməsindən qaçmağa çalışır.

“Günahkar Türkiyədir”

Erməni nazir həmçinin Türkiyənin ünvanına da bir sıra ittihamlar yağdırıb. Belə ki, Türkiyə ilə Rusiyanın münasibətləri rus qırıcısının Türkiyənin hava məkanını pozduqdansonrayaşanmış hadisə ilə bağlıxeyli mürəkkəbləşib.

“Elə təəssürat yaranır ki, sanki Türkiyə rəhbərliyi reallıq hissiyatını itirib, xüsusən də yalnız daxili deyil, eləcə də xarici siyasət məsələsində. Baş nazir Əhməd Davudoğlu bəyan edib ki, hazırda kürdlər Suriyada ruslarla əməkdaşlıq edirlər. Bu, XX əsrin əvvəllərində “erməni quldurlarının” ruslarla etdikləri əməkdaşlıq kimidir. Bu bəyanat – beynəlxalq aləmə kürdlərlə baş verə biləcək çox ciddi siqnaldır. […]

Aydındır ki, Türkiyə hakimiyyətində çox da dəyişiklik olmayıb. Əgər Türkiyə həqiqətən də Dağlıq Qarabağla bağlı münaaqişənin həll olunmasını istəyirsə, o zaman onun nizamanlanma prosesindən olduqca uzaq qalması lazımdır”, - Nalbandyan əmin edir.

Suriya erməniləri haqqında

Ermənistanın guya ki, Avropa ölkələri ilə müqayisədə Suriya qaçqınlarını qəbul edən üçüncü dövlət olması sualına cavab verən Nalbandyan qeyd edib ki, ölkə “Suriyada baş verən hadisələrə istirak etmədən, eləcə də orada yaşayan ermənilərə biganə qala bilməzdi”.

“Suriyada Yaxın Şərqdə olduğu kimi erməni icmaları çoxdur. Biz kömək əlimizi uzatdıq və 20 min insanı qəbul etdik, bu da geniş ərazisi olmayan Ermənistan üçün böyük rəqəmdir. Biz, bu insanların erməni icmasına inteqrasiya üçün lazımi  şəraitin yaradılması üzərində çalışırıq. həyatını sıfırdan başlayan bu insanlara kömək etmək istəyən Ermənistana yardım etməlidir.

Avropa Birliyi Ermənistana xüsusi fonddan vəsait ayrılması məsələsinə hazırlığını bildirib. Əlbəttə, biz lazımi qurumların Ermənistanın qəbul etdiyi qaçqınlara kömək etmələrinə minnətdar olarıq”, - qeyd edərək o, həqiqətdə bu qaçqınların böyük hissəsinin Dağlıq Qarabağda qanunsuz olaraq yerləşdirilməsindən söhbət açmayıb. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deyil, eləcə də regionun demoqrafik xəritəsinə təsir edəcək ki, bu da münaqişənin nizamlanmasını olduqca mürəkkəbləşdirəcək.

“İran – mehriban qonşumuzdur”

Bu yaxınlarda sanksiyaları ləğv edilən İran ilə əməkdaşlıq məsələsindən danışan erməni nazir qeyd edib ki, Ermənistan İrandan sanksiyaların çox hissəsinin götürülməsi məsələsini alqışlayır.

“İranla bizim mehriban qonşuluq əlaqələrimiz var, birgə böyük layihələrimiz var ki, əvvəlki şərtlərdə bunları həyata keçirmək çətin idi. Hazırda bu layihələrin tam reallaşması üçün yeni imkanlar yaranacaq. Eyni zamanda iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar müzakirə olunacaq. Biz bu istiqamətdə çox çalışırıq. 

Biz, İranı “mehriban qonşumuz” adlandırırıq və bu, sadəcə olaraq söz deyil. Bizim dostluq əlaqələrimizin qədim kökləri var. İranda çoxsaylı erməni icmaları var ki, onlar da özlərinə qarşı həmişə mehribanlıq hiss ediblər. İran hökuməti YUNESKO-nun dünyanın mədəni irsi siyahısına daxil olan erməni kilsələrini bərpa edir. Bunu görməmək və qiymətləndirməmək olmaz.Sözsüz ki, biz tərəfdən də bu cür münasibət İrana və İran xalqına olacaq. Bizdə həm ikitərəfli, həm də regionla əməkdaşlıq istiqamətində potensialın genişləndirilməsi üçün böyük imkanlar var”, - Nalbandyan bildirib. 

Rusiyanın sadiq forpostudur

Avropa İttifaqı ilə əməkdaşlıq və bu sahədə Rusiya rəhbərliyinin mümkün narahatlıqları məsələləsindən danışan Nalbandyan qeyd edib ki, Rusiya rəhbərliyinin “Ermənistanla münasibətdə narahatlıqları olmayıb və heç bir zamanda olmayacaq”.

“Ölkələrimizin müttəfiq strateji əməkdaşlığı var və bu sahədə əlavə şərhə ehtiyac yoxdur. Bəzi ölkələrdən fərqli olaraq biz, müttəfiq strateji əməkdaşlığımızı yalnız Rusiya ilə adlandırırıq. Rusiya ilə qarşılıqlı əlaqələrimiz həqiqətən də geniş xarakter daşıyır.

Əlbəttə ki, müttəfiq öhdəliklərimizə, eləcə də birgə inteqrasiya formatlarımıza görə başqa istiqamətlərdə, digər struktur və təşkilatlarla münasibətlərimizi genişləndirmək istəyirik. Biz hər zaman bunu aydın və birmənalı olaraq vurğulamışıq. Mən bunu bu yaxınlarda İrəvanda Avropa diplomatiyasının rəhbəri ilə danışıqların yekunu zamanı da bildirimişəm”, - o, qeyd etdi.

Bununla belə, nazirin sözlərinə görə, Avrasiya inteqrasiyasına İrəvan Rusiya ilə ikitərəfli münasibətlərin prizmasından baxmağı istisna etmir.

“Sözsüz ki, Ermənistanla Rusiyanın münasibətləri xüsusi əhəmiyyət daşıyır. Lakin Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq qərarı bu layihəyə faydaları  nəzərə alınaraq qəbul olunub. Biz bu formatı digər əks təsir etmədən qəbul etmişik.  Ermənistan hər zaman AİB-yə daxil olmaq istəyib və buna qoşulmaq təklif ediləndə biz razılaşdıq. Biz AİB-yə daxil olmaq üçün– malların yerləşdirilməsi, xidmət, sərmayə və işçi qüvvəsi –bütün bunlar ölkəmizin iqtisadi cəhətdən inkişafı üçün əlavə stimul olacaq.

Bu bizə qorunan mal bazarına, vahid bazar xidmətinə, nəqliyyat dəhlizinə  daha sadələşdirilmiş formada daxil olmağa imkan verəcək. AİB hələ indi yaranıb, qısa zaman ərzində onun nəticələrini mühakimə etmək çətindir. Lakin, bütün iqtisadi çətinliklərə baxmayaraq bu inteqrasiya prosesinin müsbət tərəfləri də aydındır”, - o hesab edir.

Nalbandyan müsahibəsinin sonunda günün mövzusu olan Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfərinə də toxunub.

“Ölkəmizin başçısı, hakimiyyət və parlament rəhbərləri il ərzində 20-30 görüş təşkil edirlər. Əməkdaşlığımızın həcmi, münasibətlərin dərinliyi və bunlarla bağlı məsələlər müntəzəm olaraq yüksək səviyyədə müzakirə olunmağı tələb edir. Ölkəmizin liderlərinin növbəti görüşü də daha əvvəl əldə olunmuş razılıqların həyata keçməsinə yönələcək. Eləcə də, strateji müttəfiqlik əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində yeni addımlar atılacaq”, - o, qeyd etdi.

1news.az

Paylaş:
3131

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər