Xocalı xatirələri... İnsan taleyi: “Qurbanın olaram...” | 1news.az | Xəbərlər
Köşə

Xocalı xatirələri... İnsan taleyi: “Qurbanın olaram...”

12:38 - 26 / 02 / 2016
Xocalı xatirələri... İnsan taleyi: “Qurbanın olaram...”

Ana övladının ölümünü ağlayır...

Dərddən çökmüş, ağlamaqdan şişmiş gözlərə baxmaq olduqca ürəkağrıdıcıdır. Sözlə ifadə etmək çətindir – o gözlərdə həyata inam, ədalətə ümid yoxdur...

Nəzakət sağalmaz xəstəlik və ya bədbəxt hadisədən ölsəydi, bəlkə də bu dərdlə nə cürsə barışmaq olardı.

Yeddi yaşlı qıza başından iriçaplı silahdan atəş edəndə onun heyrtədən bərəlmiş gözləri erməni tanklarının üstünə düşdü. Naxçıvanik yolunda dayanmış saqqalı erməni döyüşçüləri dəhşətli nağıllardakı ağzı alovlu ilanlara bənzəyirdilər.

Həlak olmuş bu qızçığazın anası Məlahət Əliyeva jurnalistlərə müsahibə vermir. Ümumiyyətlə o, demək olar ki, danışmır, bir neçə dəfə də özünə qəsd etməyə çalışıb. Bunu görən qohumları məsciddən molla gətirərək onunla bərabər dua etdiriblər. Və bir neçə gündən sonra molla vasitəsilə ona and içdiriblər ki, özünə qəsd etməsin, böyük günaha girməsin.

“Bunlara baxmayaq mən, demək olar ki, yaşamıram. Hər gün Allaha dua edirəm ki, mənim günahlarımı bağışlasın və məni Cənnətdə olan qızıma yaxınlaşdırsın”, - bunalrı dərli, səssiz halda Məlahət söylədi.

1988-ci ilə qədər Məlahət, həyat yoldaşı Tapdıq Çobanov və oğulları Teymur və Seymur, həmçinin ailənin sevimlisi Nəzakət Xankəndidə yaşayırdılar. İkimərtəbəli ev böyük ailə üçün hər cür şəraitlə təmin olunmuşdu. Nəzakət doğulan gündən atası onun üçün xırda cehizlər yığmağa başlayırdı. Altı sotluq torpaq sahəsində ailənin gündəlik yaşayışı üçün bostan yetişdirirdilər. Ümumiyyətlə, hər kəs kimi onlar da zəhmət çəkərək gələcəyə inanırdılar.

“Hardasa 86-cı ildən sonra hiss etdik ki, erməni qonşular biz azərbaycanlılarla düşmən kimi davranmağa başladı”, - sakit və monoton səslə, sanki öz-özü ilə danışır kimi Məlahət bildirdi:

“88-ci ildə isə ətrafımızda gərginlik artmağa başladı. Biz evlərimizdən çıxmağa qorxurduq. Küçənin ortasında uşaq və qadınları təhqir edidilər. Kişilərsiz heç bir yerə çıxmırdıq. Lakin kişilər də tək olanda onlara hücum edirdilər. Qonuşumuzun birinə bir qrup erməni hücum edərək onu qanına qəltan etmişdilər, güclə sağ qala bildi.

Son illərdə azərbaycanlıların evlərini yandırmağa başladılar. Biləndə ki, tanışımızın ailəsini evləri qarışıq yandırıblar, hətta evin qapı-pəncərələrini də bağlayıblar ki, onlar qaça bilməsin, biz artıq buradan köçməyə qərar verdik.

Bir dəfə gecə Xocalıda yaşayan qardaşım yük maşını ilə bizə gəldi. Biz də ev əşyalarını maşına yüklədik. Lakin bunu görən erməni qonşularımız gəldilər və tələb etdilər ki, bütün əşyaları aparmayaq, əks təqdirdə biz buradan sağ çıxmayacağıq.

Bu zaman qardaşım Məhərrəm Əliyev məni uşaqlarla birgə elə əynimizdəki paltarlarla maşına mindirərək Xocalıya apardı. Ay ərzində bizi qeydiyyata aldılar və biz, yenidən torpaq sahəsi alaraq orada ev tikməyə başladıq.

1992-ci ilin fevralında ev demək olar ki, tam hazır idi, bəzi suvaq işləri qalmışdı. Ev təmir olana qədər qardaşımgildə qalırdıq.

1992-ci ilin fevralın 25-də qardaşım və həyat yoldaşım özünümüdafiə postunda keşik çəkirdilər, mən isə evdə uşaqlarla idim. Gecə həyatyoldaşım xalamoğlu Kamil Quliyevlə gələrək dedi ki, cəld olun, yığışın və məktəbə doğru gedin.    

Küçədə gördük ki, hamı meşəyə tərəf gedir. Ətrafda hər şey yanırdı, eləcə də bizm tikdiyimiz təzə ev də. Əvvəllər belə bir dəhşət görməmişdim.

Hər tərəf yanğın və duman içində idi. Uşaqlar valideynlərini çağırır, valideynlər uşaqlarını axtarır, hər kəs qışqrır və ağlayırdı. Biz Qar-qar çayına doğru getdik. Mən uşaqları bir-bir çaydan keçirdim.

Qızımı aparanda yanımda atəş səsi eşitdim. Uşaq qorxdu və özünü çaya atdı. Onu sudan qaldırıb sahilə çıxardım. Hamımız dizə qədər qarın içində yol gedirdik. İnsanlar sürüşür, yıxılır, amma yenı ayağa qalxıb yola davam edirdilər.Heç kəs anlamırdı ki, bizim sonumuz necə olacaq.

Qruoun önündə Əlif Hacıyev gedirdi. Birdən atışma başladı, insanların hərəsi bir tərəfə qaçmağa başladı. Güllə yarası və donmadan çoxları həlak oldu.

Bundan sonra biz artıq kiçik qruplarla yola davam etdik. Xəbər yayıldı ki, Əlif yaralanıb və onu xərəkdə aparırlar.

Oğlanlarım özləri gedirdi, qızımı isə mən apardım. Qızımın əynində kürk var idi, suya düşəndə kürk islanmışdı. Kürk şaxtadan donduğuna görə çıxarmaq olmurdu.Kişilərdən biri onu bıçaqla kəsdi. Qızım ancaq bir köynəkdə qaldı, mən başımda yaylığı çıxarıb ona sarıdım.

Bir müddət sonra qarşıda gedənlər asfaltlanmış yol gördü. Bu Naxçıvanikə  aparan yol idi. Yolda duran tank dönüb əsgəran tərəfə getdi. Biz elə bildik ki, o tamam ilə getdi, ona görə hamımız meşədən çıxıb asfalt yola yaxınlaşdıq. Biz artıq asfalt yola yaxınlaşmışdıq ki, hər tərəfdən üstümüzə güllə yağmağa başladı. Qorunmaq üçün heç bir yer olmadığına görə aldığı üçün insanlar  güllə yarasından tut kimi qırılıb yerə düşürdü. Həmin tank da geri qayıdır bizə atəş açmağa başladı.

İnsanlar qaçır, yıxılır, tamamilə özünü itirmişdi. Həmin anda mən həyat yoldaşımı gördüm, gözümün önündə onu qətlə yetirdilər. Kİmsə məni ayağa qalxıb uşaqları xilas etməyə məcbur etdi. Qızım yerdə oturmuşdu, heç ağlamırdı, zarıyırdı. Mən yerə uzanıb onu bədənimlə örtdüm. Lakin gec idi. Ona güllə dəymişdi.

Mən onu qucaqlamışdım qızımla bir yerdə ölmək istəyirdim. Baş verənləri aydın xatırlamıram. Sonra  məni kimsə harasa apardı. Yadımdadı ki, mən sürünürdüm birdən oğlum Teymuru gördüm. O, yaralı, qan içində idi. Mən onu kürəyimə qoyub sonra harasa süründüm. Onu xatırlayıram ki, onunla bir yerdə harasa sürünürdüm. Hər tərəf ölən insanların qanına boyanmışdı, bu qanın üzərində sürünürdük”

Məlahət və oğlunu Azərbaycan əsgərləri huşsuz halda tapdılar. Onlar Ağdam rayonu ətraflarına gəlib heç olmasa burda kimisə yardım etməyə çalışırdılar. Qadını oğlu ilə birlikdə Ağdam rayon xəstəxanasına apardılar.

Məlahətin bacısı bir il olar ki, ailə qurmuşdu və Xocalıdan ikiaylıq körpəsi ilə birlikdə çıxmışdı. O da əsgəran şossesi yaxınlığında həlak olmuşdu.

İkiaylıq körpəni kimsə görürüb bu cəhənnəmdən çıxarmışdı. Daha sonra bu körpəni Məlahətə verdi. Lakin onun körpəyə qulluğ etməyə halı yox idi. Axı onun oğluna da qohumları baxırdı. Körpə qızı da onlar götürdü.

...boş, qaranlıq otaqda, divarın dibində bir qadın pərişan halda oturub və üzünü qara dəsmalla örtüb. Burada sanki zaman dayanıb ancaq dualar və yavaş bir səs eşidilir: “qızım ..sənə qurban olaram..”

Xacalı faciəsindən 20 il ötür. Bu gün sağ qalan xocalılar ölən ovladlarının yasını tutur. Həmin günlərdə olan köməksizliklərinə ağlayırlar.

İndiyə qədər onlar ürək ağrısı ilə ölənlər qarşısında özlərini günahkar sayır. Ona görə ki, bu dəhşətli cinayəti törədənlər hələdə məsuliyyətə cəlb olunmayıb və cəzalarını almayıblar.

Neçə il keçməsinə baxmayaraq Xocalıda baş verənləri unutmaq mümkün deyil. Ölkəmizin ictimai fikri yalnız o zaman ahəngdar inkişafa nail olar ki, biz biganəlik zəncirlərini atıb insanlığa zidd olan bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasına nail olacağıq.

Xacalıya qarş bu cinayətin beynəlxalq hüquq normalarına görə bitmə müddəti yoxdur.

Tatyana Çaladze

Azərbaycan Respublikası əməkdar jurnalisti

Orijinal nəşr: 2011, 1news.az

Paylaş:
4655

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər