Rusiyalı ekspert: “Erməni ordusunun harada və nə vaxtadək döyüşməsi ilə bağlı qərar nəticə etibarilə Moskvada veriləcək” | 1news.az | Xəbərlər
Köşə

Rusiyalı ekspert: “Erməni ordusunun harada və nə vaxtadək döyüşməsi ilə bağlı qərar nəticə etibarilə Moskvada veriləcək”

18:09 - 22 / 02 / 2016
Rusiyalı ekspert: “Erməni ordusunun harada və nə vaxtadək döyüşməsi ilə bağlı qərar nəticə etibarilə Moskvada veriləcək”

Erməni mətbuatından əldə edilən məlumata görə, Rusiyadan Erebuni aviasiya bazasına hərbi silah-sursat təchizatı bu ölkənin ekspert ictimaiyyətini və eləcə də siyasətçilərini güclü ilhamlandırıb.

Xatırladaq ki, şənbə günü, fevralın 20-də Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidməti xəbər verib ki, Rusiya Ermənistanın Erebuni aviasiya hərbi bazasına dördüncü nəsil MiQ-29 qırıcıları, müasirləşdirilmiş MiQ-29S və müasirləşdirilmiş nəqliyyat vertolyotu Mi-8MT göndərib.   

Aviatexnika İrəvanın hərbi aerodromuna Krasnodar vilayətindən hərbi-nəqliyyat təyyarələri vasitəsilə gətirilib. Yaxın zamanlarda 4+ nəsil cəbhə döyüşçüləri təyyarələr və vertolyotlar mühəndis-texniki heyət tərəfindən hazırlıq vəziyyətinə gətiriləcək.  

Pilotlar bazaya gətirilmiş MiQ-29 qırıcılarını martın ortalarından uçmağa başlayacaqlar. Hazırda Erebuni avia bazasında dördüncü nəsil MiQ-29 qırıcılarından doqquzu var.

Rusiyanın Erebuniyə MiQ-29 qırıcılarının yeni partiyasını göndərməsi ilə bağlı xəbərini CHD hələ yanvarda məlumat vermişdi. O zaman qeyd olunurdu ki, avia baza yeni qırıcıları 2016-cı ilin ortalarında alacaq.  

2015-ci ilin dekabrında məlum oldu ki, Rusiya Ermənistandakı avia bazaya Mi-24P altı zərbəli və Mi-8MT nəqliyyat vertolyotlar göndərib. Dekabrın əvvəlində Erebuniyə yeddi ədəd Mi-24P və Mi-8MT göndərilib. İrəvandakı aerodromda yerləşən Erebuni avia bazası 1995-ci ildə formalaşıb.

1998-ci ilin noyabrında çoxhissəli MiQ-29 qırıcıları göndərilib. 2001-ci ilin iyulunda Erebuniyə yerləşdirilmiş hissələrdən avia baza formalaşdı ki, bu da Rusiyanın 102-ci Gümri hərbi bazasının tərkibi oldu.

İlk baxışda, Rusiyanın hərbçilərindən ibarət öz bazasını möhkəmləndirilməsində fövqəltəbii heç bir şey yoxdur. Lakin hazırda Moskva ilə Ankara arasında münasibətlərin gərginləşməsi fonunda erməni tərəfi buna xüsusi əhəmiyyət verir. Bundan əlavə, məsələyə bir neçə gündür ki, Rusiyanın Ermənistana dövlətlərarası kredit çərçivsində hərbi texnika təchizatı da ikili məna verir.

Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında dəyəri 200 milyon dollar olan kreditlə bağlı razılaşma imzalanıb. Razılaşmaya görə, Rusiya istehsalı olan hərbi məmulatlar İrəvana göndəriləcək.

Sənəddə yerləşdirilən tətbiqə əsasən, Ermənistan Rusiyadan "Smerç" raket sistemləri (MLRS) 9K58, “İqla-S” zenit-raket sistemi, “Solnçepek” TOS-1А ağır reaktiv radio-texnika kəşfiyyatı, “Tiqr” zirehli maşını, “Konkurs-M” tank əleyhinə raket kompleksi, RPQ-26 tank əlehinə qumbaraatanlar, Т-72 tank üçün mühərrik və qoşqular, əlaqə vasitəsi, müxtəlif mühəndis texnikaları və “KamAZ” firmasından olan yük maşınları, eyni zamanda Draqunov snayper silahlarını alacaq.

Bütün bu suallara müəyyən aydınlıq gətirmək üçün rusiyalı siyasi ekspert Dmitriy Verxoturova müraciət etdik.

Onun sözlərinə görə ermənilər “hər zaman olduğu kimi öz ehtimallarının arasında itib batıblar, bunlar  böyük mənada əsaslandırılmayıb.

“Birincisi, SSSR-də miras qalan bu park artıq çox işlənib və köhnəlib. Buna görə də yeni sistemlər yaranır, taktika və əməliyyat-taktiki bacarıqlar təkmilləşdirilir, bu isə öz növbəsində silahlanmasnın tərkibində də dəyişiklik tələb edir.

Lakin demək olmaz ki, necə deyərlər narahat regionlara yaxın bazalara, yaxud da potensial rəqiblər arasında arasındakı bazalara üstünlük verilir (Ermənstanda olduğu kimi)  üstünlük verilir demək olmaz. Bu sadəcə hazırlıq tədbirləridir.

NATO-da hərbi sursat və və texnikanı Polşa və Pribaltika ölkələrinə yerləşdirir. Məni üçün daha maraqlı odur ki, hazırkı ermənistan hakimiyyəti və erməni ekspertlər müttəfiqlik münasibətlərinin mahiyyətini anlaya bilmir, Hər kəs hansısa “bazar” təsəvvürləri ilə ölçməyə çalışır. Ermənistanın  KTMT-da üzvlüyü onu qoruyur, belə ki istənilən mümkün rəqib Ermənistanla silahlı münasibət aydınlaşdrmağa qalxarsa, düşünür ki, KTMT-nin bütün üzvləri , ilk növbədə Rusiya ilə qarşılaşacaqlar.

Əgər bu üzvlük olmasaydı Ermənistanın aqibəti necə olardı demək çətindir. Onu məsələn İŞİD silahlıları ələ keçirə bilərdi.

Regionda arqument olaraq yenə də tanklar, toplar işə düşüb. Ermənilər də ona görə indi öz xeyrini güdmək əvəzinə Rusiya üçün dua etməlidirlər ki belə bir müttəfiqləri  var.

Rusiyalı ekspertin fikrincə burada Azərbaycanla narazılıqdan, yaxud ermənilərin təqdim etmək istədiyi kimi münasibətlərin pisləşməsindən söhbət getmir”,- politoloq bildirib.

“Azərbaycan təmkimli siyasət yürüdərək indi Rusiya və Türkiyə arasındakı kəskin münasibətlərdə iştirak etmir.

İndi bir sıra məsələlər var ki, rusiya-azərbayacn münasibətlərində maraq kəsb edir ( məsələn: Xəzər dənizi dənizi ilə bağlı məsələlər). Rusiya və Azərbaycan arasında münasibətləri erməni siyasətindən asılı olaraq  təqdim etmək onları yanlıq təqdimatı deməkdir”, - ekspert qeyd edib.

 Rusiya Federasiyası Ermənistana ətrafında söhbət gedən “İskəndər”i təqdim etmədi.

Verxoturovun izah etdiyi kimi “İskəndər” raket kompleksi rus ordusunun silahlanması üçündür, istehsal olunan 84 qurğular 7 raket briqadasının silahlanması üçün göndərilib.

“Bundan əlavə kompleks özü modernizasiya prosesi keçir. Əlavə avadanlıq və xarakteristikanın yaxşılaşdırılması aparılır. Ona görə də yaxın zamanda çətin ki, raket kompleksi ixraca göndərilsin. KTMT-a müttəfiq  Həmçinin çatdırma olduqca uzun vaxt alan, bir çox prosedurlardan və personal hazırlığından ibarət  prosesdir.  

Bəli, yeni texnika erməni ordusunun imkanlarını ciddi şəkildə yüksəldəcək.

Doğrudur, nəzərə alaq ki, silahlı əməliyyatları aparmaq yalnız Rusiya ilə mümkündür. Ordunun bütün silah sursatını,yanacağı  Ermənistan Rusiyadan alır. Ona görə də, ermənistan ordusunun harada və nə qədər müddətində müharibə aparacağı Moskvada həll olunacaq”, - D.Verxoturov bildirib.

Sonda rusiyalı ekspert qeyd edib ki, Rusiya bütün sərhədyanı reionlarda uzunmüdətli stabilliyin olmasında maraqlıdır. Bu əsasən Xəzəryanı region və Cənubi Qafqaza aiddir.

1news.az

Paylaş:
5789

Sizin üçün xəbərlər

Son xəbərlər

AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26
Bütün xəbərlər