Aleksandr Siniçın: “Erməni tərəfi Rusiyadan bir dənə də yeni BTR və ya tank ala bilməyəcək” | 1news.az | Xəbərlər
Köşə

Aleksandr Siniçın: “Erməni tərəfi Rusiyadan bir dənə də yeni BTR və ya tank ala bilməyəcək”

18:42 - 19 / 02 / 2016
Aleksandr Siniçın: “Erməni tərəfi Rusiyadan bir dənə də yeni BTR və ya tank ala bilməyəcək”

“Biz son illərin bütün postsovet məkanında ən iri güzəşti “müdafiə” krediti ilə iş aparırıq”.

Bu haqda 1news.az-a hərbi analitik, Amerika-Azərbaycan Fondunun aparıcı eksperti Aleksandr Siniçın Rusiya Federasiyasının Ermənistana 200 milyon dollar dəyərində silah və hərbi surtsat satması xəbərini şərh edərkən bildirib.

“Bu haqda hələ ötən ilin yayın əvvəlində bəyan edilmişdi. İyunun 26-da isə erməni Parlamenti Ermənistanla Rusiya arasında sözügedən milyonlarla bağlırazılaşmanı təsdiq edib. Adətən bu cür kreditlər daha tez verilir. Lakin söhbət vaxtın uzadılmasından deyil, Rusiya silah nomenklaturasından gedir”, - o,bildirib.

Rusiya rəsmi şəkildə Ermənistana güzəştli olaraq hərbi texnika və silahın alınması üçün 200 milyon dollar dəyərində kredit ayırıb. Bununla belə, Moskvanın zaqafqaziyalı müttəfiqinin aldığı texnikanın siyahısı məlum oldu: "Smerç" raket sistemləri (MLRS) 9K58, “İqla-S” zenit-raket sistemi, “Solnçepek” ТОС-1А ağır reaktiv radio texnika kəşfiyyatı, “Tiqr” zirehli maşını, “Konkurs-M” tank əlehinə raket kompleksi,РПГ-26 tank əlehinə qumbaraatanlar, Т-72 tank üçün mühərrik və qoşqular, əlaqə vasitəsi, müxtəlif mühəndis texnikaları və “KamAZ” firmasından olan yük maşınları.

A.Siniçının sözlərinə görə, nəinki erməni hərbi ekspertləri, həmçinin bu ölkənin Müdafiə Nazirliyinin nümayəndələri də KİV-ə Ermənistan silahlı qüvvələrinə “İsgəndər” raket kompeksi, “Tornado” reaktiv sistemləri, С-400 zenit raket sistemləri, ən müasir Т-90 tankları, özüyeriyən artilleriya qurğuları və s. ilə təchiz olunmaqla bağlı məlumatlat yaymışdılar.

“Hətta müdafiə naziri Seyran Ohanyan 4+ nəsil qırıcıları, Су-30 və Ил-76 ağır nəqliyyat təyyarələrinin əldə edilməsinin mümkünlüyünə işarə etmişdi. Lakin bütün bu müasir texnika haradadır? С-400zenit raketi “Игла-С” zenit-raket kompleksinə dəyişdilər. Və tamam oldu? Bütün ermənilərin müasir silah almaq arzuları РСЗО “Smerç”və ТОС-1А “Solçepek” çıxmaq şərtilə həyata keçmədi”, - o,vurğuladı.

“Bəs bu silahlar hansı həcmdə alınacaq? Bu sual açıq olaraq qalacaq və söhbət məhdud sayda olan təchizatdan gedir. Bu silahlar hətta Rusiya daxili üçün olsa belə olduqca bahalıdır, rəsmi siyahıya nəzər yetirərək yüksək məbləğdə kreditin ayrılması çox güman ki, avtomobil və mühəndis texnikalarının əldə olunmasına yönələcək”, - o, bildirib.

Ekspert vurğuladı ki, ermənilər bir dənə də olsun yeni BTR və ya tank əldə edə bilməyəcəklər.

“Razılaşaq ki, Ermənistanın əldə etmək istədiyi Т-72 tankları üçün qurğularını artıq Azərbaycan Silahlı Qüvvələrinin əldə etdikləri 100 yeni Т-90 tankları ilə müqayisə etmək çətindir.Mən etiraz edən erməni ekspertlərini dəstəkləyirəm. Belə ki, onlar erməni auditoriyasını və özlərini “Konkurs-M” tank əlehinə komplekslərinin Azərbaycan zirehli texnikasına qarşı adekvat cavabın olmasına inandıracaqlar”, - o, bildirib.

A.Siniçın qeyd edib ki, T-90 tankları “Ştor” elektrooptik aktiv müdafiə kompleksi ilə təchiz olunub. Məhz həmin hərbi maşınlar Azərbaycan Silahlı Qüvvələrinə, bir qədər öncə isə Suriya ordusuna bu cür komplektasiyada göndəriliblər. Bu ölkədə keçirilən hərbi əməliyyatlar da göstərdi ki, T-90 tankları Suriya müxalifətinin silahlı qüvvələrində olan ABŞ-ın “TOW” tank əleyhinə kompleksi üçün də əlçatmazdır.

“Hesab edirəm ki, oxucular gördülər ki, Ermənistanın aviasiya parkı yenilənməmiş qaldı. Suriya hadisələri isə bir daha göstərdi ki, aviasiya və zərbə helikopterlərin köməyi olmadan hərbi əməliyyatların aparılması çox çətindir. Ermənistanın təqdim etdiyi siyahıdakı texnikaların istifadə müddəti qeyd olunmayıb, bu da Ermənistan Silahlı Qüvvələrinin hərbi hazırlığının aşağı səviyyədə olduğundan xəbər verir. Belə olan halda Azərbaycan Silahlı Qüvvələri ilə hərbi güclərin bərabərliyindən, eləcə də silah alınmasının Türkiyə ilə Rusiya ilə münasibətlərin gərginləşməsi ilə bağlı olmasından söhbət belə gedə bilməz.

Birincisi, kredit rəsmi Ankara ilə Moskva arasında əlaqələrin ən yüksək səviyyədə olduğu dövrdə verilib. İkincisi, Ermənistanın əldə etdiyi silahlarla nə Azərbaycanın, nə də ki, Türkiyənin ordusuna effektiv müqavimət göstərməsi mümkün deyil. Bu isə o deməkdir ki, Rusiya nəzəri cəhətdən belə Ermənistanın Silahlı Qüvvələrini Türkiyə ilə qarşıdurmada özünə müttəfiq görmür. Ehtimal etmək olar ki, bu yaxşıya işarədir – Moskva Qara dənizdəki qonşusu ilə müharibəyə can atmır”- deyə, o bildirib.

A.Siniçin qeyd edib ki, rəsmi İrəvan “pis oyunda yaxşı üz qoymağa” çalışacaq və bununla da sübut etmək istəyəcək ki, Rusiyadan aldığı hərbi texnika və silahlar rəsmi Bakı ilə güc bərabərliyini təmin edəcək.

“Lakin, əslində bu cüzi hərbi qüvvədə erməni hərçilərə məyusluqdan başqa heç nə vermir”, deyə, ekspert bildirib.

1news.az

Paylaş:
2649

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər