“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarının partlama səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarının partlama səbəbini açıqlayıb

11:57 - 23 / 01 / 2017
“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarının partlama səbəbini açıqlayıb

“Samsung” korporasiyasının Seulda yerləşən mənzil-qərargahında keçirilmiş mətbuat konfransında “Galaxy Note 7” smartfonlarının partlama səbəbi açıqlanıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, şirkətin mühəndisləri müstəqil təşkilatların mütəxəssisləri ilə birgə nasazlığın səbəbini müəyyənləşdirmək üçün 200 mindən çox qurğu və 30 min akkumulyatoru araşdırıblar.

Araşdırma gedişində məlum olub ki, akkumulyatorların layihələşdirilməsi və qurğuların yığılması üzrə texnoloji prosesdə buraxılmış səhvlər nasazlıq yarada bilər.

“Samsung” şirkətinin rəsmisi bildirib ki, şirkət “Galaxy Note 7” smartfonlarını satışa çıxarmazdan öncə mümkün problemləri aradan qaldıra bilmədiyi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. Belə hadisənin təkrarlanmaması üçün kənar konsultant və ekspertlərdən ibarət işçi qrup yaradılıb.

Xatırladaq ki, “Galaxy Note 7” smartfonları 2016-cı ilin avqustunda satışa çıxarılıb. İki ay sonra qeydə alınan çoxsaylı partlama səbəbindən “Samsung” korporasiyası öncə sözügedən smartfonun satışlarını, sonra isə istehsalını dayandırıb.

1news.az

Paylaş:
819

Son xəbərlər

Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58
Bütün xəbərlər