İlk robot jurnalist 1 saniyəyə məqalə yazıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İlk robot jurnalist 1 saniyəyə məqalə yazıb

15:58 - 21 / 01 / 2017
İlk robot jurnalist 1 saniyəyə məqalə yazıb

Robotlar artıq uzun müddətdir əksər sənaye müəssisələrində insanları əvəz etməyə başlayıb və yaxın gələcəkdə onların gündəlik həyat sahələrinə nüfuz edəcəyi gözlənilir.

1news.az ICTnews-a istinadən xəbər verir ki, hazırda robotlaşdırma üzrə lider ölkə Çindir.

Ötən il ölkədə yerli aeroport və limanlarda xidmətə qəbul olan ilk robot polislər və robot gömrükçülər yaradılıb. Lakin Quançjou şəhərinin gündəlik “Southern Metropolis Daily” qəzetində Pekin Universitetinin professoru Van Syaotszyun tərəfindən yaradılan “Xiao Nan” robot reportyorunun dərc etdiyi ilk xəbər daha çox diqqət çəkir.

300 simvoldan ibarət məqalədə robot Bahar bayramı ərzində səyahət barədə söz açıb və onun yazılması üçün bir saniyə sərf edib. Robot yaradıcısının sözlərinə görə, “Xiao Nan” həm qəzetdə dərc edilən kimi qısa hekayələr, həm də uzun əhvalatlar yaza bilir:

“İnsan reportyorla müqayisədə “Xiao” məlumatları daha yaxşı təhlil edir və xəbərləri daha tez yazır. Lakin bu o demək deyil ki, belə robotlar tezliklə jurnalistləri tam əvəz edə biləcəklər”, - professor qeyd edib.

Professorun sözlərinə görə, robotlar hələ insanla üz-üzə müsahibə aparmağa, cavablara uyğun reaksiya verməyə və lazımi suallar soruşmağa qadir deyillər. Həmçinin robotlar hazırda müsahibə və ya söhbət zamanı gizli sətiraltı mənanı tuta bilmirlər. Lakin buna baxmayaraq Van Syaotszyun robotların kütləvi informasiya vasitələri, eləcə də redaktor və reportyorlar üçün yaxşı yardımçı olacaqlarına əmindir.

1news.az

Paylaş:
684

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər