Azərbaycanda Startap olmaq asandır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda Startap olmaq asandır – FOTO

18:05 - 19 / 01 / 2017
Azərbaycanda Startap olmaq asandır – FOTO

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya Mərkəzi ilə əməkdaşlığa başlayıb.

Yanvarın 18-də Mərkəz rəhbərliyi ilə Barama startapları arasında görüş keçirilib. Görüşdə eyni zamanda 30-a yaxın gənc startapçı iştirak edib. Görüş zamanı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələr və mərkəz nəzdində fəaliyyət göstərən azexport.az portalı barədə müzakirələr aparılıb.

Ölkədə biznesin inkişafına dəstək məqsədilə yaradılan azexport.az portalının rəhbəri Zaur Qardaşov startapçılara portalın məqsədi və imkanları barədə danışıb, gənc sahibkarlarlın suallarını cavablayıb. İştirakçılara həmçinin azexport.az portalının texniki xarakteristikası və oraya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov son illər Azərbaycanda startup sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edərək bildirib ki, Azexport.az portalının ixrac imkanları geniş olduğu üçün bura xidmət və məhsulların əlavə edilməsi yeni imkanlar yaradacaq. Həmçinin portalla əməkdaşlıq ölkədə İKT sektorunda investisiya mühitininin yaxşılaşdırılmasına ən yaxşı İnternet və  İT layihələrin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım edəcək. Bu da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan gənclərinin xaricdə tanınması üçün əlavə şərait deməkdir. 

Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya da öz növbəsində qeyri-neft sektorunun inkişafının vacibliyini və ölkəmizdə bunun üçün hər bir şəraitin olduğunu vurğulayıb. Azercellin gəncləri sahibkarliq və peşəkar inkişaf yolunda daima dəstəklədiyini qeyd edərək, onları təqdim olunmuş imkanlardan yararlanmağa çağırıb.  

Qeyd edək ki, Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.  

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və “Startup”ları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, hal-hazırda fəaliyyətdə olan 10-dan çox uğurlu şirkət yaranıb. 

Daha ətraflı məlumatı [email protected] ünvanından əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1146

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər