Gözlə idarə olunan smartfon hazırlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gözlə idarə olunan smartfon hazırlanıb

23:50 - 06 / 01 / 2017
Gözlə idarə olunan smartfon hazırlanıb

Çinin ikinci ən böyük smartfon və telekommunikasiya avadanlığı istehsalçısı "ZTE" şirkəti istifadəçinin göz bəbəyinin hərəkəti vasitəsilə verilən komandaları yerinə yetirən smartfon hazırlanmasını açıqlayıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, smartfon ön kamerada quraşdırılan xüsusi texnologiya sayəsində gözlərin hərəkətinə reaksiya verir.

Qurğunun üst tərəfi onu asanlıqla divara bərkitməyə və ehtiyac yarandıqda çıxartmağa imkan verən xüsusi materialla örtüləcək.

Layihə iştirakçılarından birinin jurnalistlərə bildirdiyinə görə, yeni qurğu sayəsində istifadəçi əksər gündəlik vəziyyətlərdə həyatını asanlaşdıra biləcək (məsələn, bir əllə tutacaqdan tutmağın, digəri ilə telefonu saxlamağın lazım olduğu metroda). Bunun üçün virtual səhifələri dəyişməyə ehtiyac qalmayacaq və gözləri yalnız fırlatmaq tələb olunacaq.

Mütəxəssislər qeyd ediblər ki, hazırda yeni smartfon sınaq, eləcə də layihənin gələcək maliyyələşməsi ilə bağlı bir sıra detalların razılaşdırılması mərhələsindədir.

"ZTE" məhsulu ictimaiyyətə bu ilin sentyabrında təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, "ZTE" şirkəti Çində həm dünya smartfon istehsalçılarından "Samsung Electronics", "Apple", "Huawei", həm də "Lenovo" və "Xiaomi" kimi yerli şirkətlərlə rəqabət aparır.

1news.az

Paylaş:
746

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər