“iPhone 7”nin təqdimat tarixi açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“iPhone 7”nin təqdimat tarixi açıqlandı

1news Redaksiyası11:20 - 30 / 08 / 2016
“iPhone 7”nin təqdimat tarixi açıqlandı

“Apple” korporasiyası yeni məhsullarını təqdim edəcəyi tarixi rəsmən açıqlayıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, yeni “iPhone 7”nin də təqdim olunmasının gözlənildiyi mərasim sentyabrın 7-də keçiriləcək.

Tədbir yerli vaxtla saat 10:00-da San-Fransiskoda təşkil olunacaq. “iPhone 7”nin yeni, fərqli rənglərdə olacağı güman edilir. Lakin korporasiya bu haqda heç bir açıqlama verməyib.

Mərasimdə “Apple Watch 2” və yeni “MacBook Pro”nun da təqdim olunacağı gözlənilir.

1news.az

Paylaş:
1488

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər