Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir

20:11 - 19 / 10 / 2016
Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sərgilərin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə inşaat-tikinti sektoru da inkişaf edib. Eyni zamanda bu sahə ilə məşğul olan sahibkarlar üçün də münbit şərait yaradılıb.

Keçirilən beynəlxalq sərginin əhəmiyyətindən bəhs edən nazir müavini bu sərgidə bir çox şirkətlərin əməkdaşlıq imkanlarının yarandığını, tikinti sektorunun inkişafına təkan olduğunu qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov sərgiyə yeni qoşulan şirkətləri aktiv olmağa, sərginin verdiyi imkanlardan yararlanmağa çağırıb.

E.Əsədovun sözlərinə görə, statistika göstərir ki bu gün Azərbaycanda istifadə olunan tikinti materialların əksəriyyəti xarici ölkələrdən daxil olur: “Bunlar əsasən üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit, izolyasiya materialları və sairdir. Lakin yerli, ucuz və keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycan tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil”.

“İTE Group” şirkətinin direktoru Edvard Stoun builki sərgidə 26 ölkəni təmsil edən 298 şirkətin iştirak etdiyini söyləyib.

“İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunur. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər. Azərbaycan şirkətləri isə sərgi eksponentlərinin 50 faizini təşkil edir ki, bu da çox sevindirici haldır”, - deyə E.Stoun vurğulayıb.

1news.az

 

Paylaş:
826

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər