Dünya bazarlarında neft ucuzlaşır
Dünya birjalarında neftin qiyməti aşağı düşməkdədir.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 faiz azalaraq 48,78 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 faiz azalaraq 52,01 dollar olub.
Babək Cahandarov
392